Polşadan Ermənistanla bağlı gözlənilməz qərar: Tusk açıqladı
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
“Polşa bir sıra ölkələrin, o cümlədən Gürcüstan və Ermənistan vətəndaşları üçün vizasız girişin məhdudlaşdırılması imkanını nəzərdən keçirir”.
Teleqraf xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk məlumat verib.
Baş nazir bu barədə 2024-cü ilin mayında Varşavada baş vermiş yanğında ittiham olunan Kolumbiya vətəndaşının Rusiya kəşfiyyatı adından hərəkət etdiyi məlum olduqdan sonra açıqlama verib.
Tuskun sözlərinə görə, hazırda bir sıra ölkələrin, o cümlədən Gürcüstan, Ermənistan, Venesuela və Kolumbiya vətəndaşları üçün Şengen zonasında sərbəst hərəkət qaydalarının tətbiqinin məhdudlaşdırılması müzakirə edilir.
Polşa lideri qeyd edib ki, keçmiş Sovet İttifaqı ölkələrinin vətəndaşları məlum səbəblərə görə Rusiya xüsusi xidmət orqanları qarşısında daha müdafiəsizdirlər.
Qeyd edək ki, iyulun 29-da Polşa hökumətinin başçısı ölkədə Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 32 nəfərin həbs edildiyini açıqlamışdı. Onların arasında ruslar, ukraynalılar və bir kolumbiyalı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 05 Avqust 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















