Rusiyadan Ermənistanla bağlı QƏRAR
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Ermənistana təbii qaz tədarükünü müvəqqəti dayandıracaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb.
Bildirilib ki, Rusiya ərazisində “Şimali Qafqaz–Zaqafqaz” magistral qaz kəmərində planlı profilaktik və təmir işlərinin kompleks şəkildə aparılması ilə əlaqədar sentyabrın 15-dən 25-dək bu kəmər vasitəsilə Ermənistana təbii qaz tədarükü müvəqqəti dayandırılacaq.
Şirkət qeyd edib ki, sözügedən müddətdə Ermənistanda istehlakçıların qaz təchizatı məhdudlaşdırılmayacaq.
“Bu dövrdə respublikada istehlakçıların qaz təchizatı daxili ehtiyatlar və İran İslam Respublikasından əlavə təbii qaz tədarükü hesabına həyata keçiriləcək”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 14 Sentyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















