Polşalı deputat: Avropalı bürokratlar bəzi ölkələri qarət etmək üçün onları pis təqdim edirlər
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Polşalı deputat Qjeqoj Braun Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı deyib ki, avropalı bürokratlar bəzi ölkələri qarət etmək üçün onları pis təqdim edirlər.
Oxu.Az xəbər verir ki, o bu fikri özünün "X" səhifəsində paylaşıb.
"Artıq neçə müddətdir sizin buradakı debatlarınızı dinləyirəm, hər dəfə siz kimisə pis elan edirsiniz. Siz açıq-aydın Rusiya, Çin, Şimali Koreya, İran, Suriya, Gürcüstan, Moldova, Rumıniyanın adlarını çəkdiniz. Budur, sizin bəyənmədiyiniz ölkələr. Siz Avropanı müharibəyə sürükləmək istəyirsiniz", - deyə Qjeqoj Braun qeyd edib.
Q.Braun, həmçinin qeyd edib ki, avropalı məmurlar militarist planlar quraraq, həm Avropa, həm də bəşəriyyətin digər hissəsi üçün təhlükə törədirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 18 Dekabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















