Polşalı nümayəndələr WUF13 çərçivəsində Lənkəranda olublar
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Polşa Respublikasının BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndələri Lənkərana gəliblər.
APA-nın cənub bürosu xəbər verir ki, xarici qonaqlar bölgənin turizm imkanları, tarixi məkanları və çay plantasiyaları ilə tanış olublar.
Səfər zamanı polşalı nümayəndələr Lənkəranın təbiəti, gəzməli yerləri və tarixi abidələrinə baş çəkiblər.
Qonaqlara rayonun turizm potensialı və zəngin mədəni irsi barədə məlumat ətraflı məlumat verilib. Polşa-Azərbaycan Assosiasiyasının nümayəndəsi Aleksandra Tomaşevska və Lüblin şəhər meriyasının Strategiya və investorlarla əlaqələr departamentinin direktoru Mariusz Saqan Azərbaycanla Polşa arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi bildiriblər. Qonaqlar Lənkəranın tarixi, coğrafi mövqeyi və sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat əldə etdiklərini və bu haqda öz ölkələrində danışacaqlarını qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 20 May 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















