Icma.az
close
up
RU
Lənkəranda “Sülh aylığı” çərçivəsində təlim

Lənkəranda “Sülh aylığı” çərçivəsində təlim

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 21 avqust - 21 sentyabrda ölkəmizdə “Sülh aylığı” elan edib. Aylıq çərçivəsində Lənkəranda “Bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi və inklüzivliyin təşviqi” mövzusunda üçgünlük təlim keçirilir.

Açılış mərasimində Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix açaraq Azərbaycan Ombudsman təsisatı və Avropa Şurasının Bakı Ofisi arasında əməkdaşlıq çərçivəsində təşkil olunan təlimin məqsəd və vəzifələrindən danışdı. Ombudsman Aparatının bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin müdiri Cavidan Qorçiyev təlimin bərabərlik və inklüzivlik dəyərlərinin təşviqi, ayrı-seçkilik, nifrət nitqi və dözümsüzlüyün bütün formalarının qarşısının alınması istiqamətində məlumatlılığın artırılmasına xidmət etdiyini vurğuladı.

Avropa Şurası Anti-diskriminasiya və İnklüzivlik Departamentinin nümayəndəsi Lilia Kolombet çıxışında bərabərlik və ayrı-seçkiliyin olmaması prinsiplərinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində müəyyən edildiyini diqqətə çatdırdı.

Avropa Şurasının ekspertlərindən, professor Olgun Akbulutun “Bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi üzrə beynəlxalq standartlar: ayrı-seçkiliyin formaları” və “Nifrət nitqi: təriflər və nifrət nitqi, təhqiredici nitq və ifadə azadlığı arasındakı fərq”, Kəmilə Qorxmazovanın “Həssas məsələlər üzrə kommunikasiya: böhran dövründə bərabərlik və inklüzivlik”, Emin Hüseynzadənin “Narrativlər ayrı-seçkiliyə necə təsir edir?” mövzsunda məruzələri dinlənildi.

Sonra ayrı-seçkilik və nifrət nitqinə qarşı mübarizə, zərərli stereotiplərin və ayrı-seçkilik xarakterli narrativlərin müəyyənləşdirilməsi və qarşısının alınması, bərabərlik, inklüzivlik və sosial həmrəyliyi təşviq edən kommunikasiya vasitələrinin hazırlanması ilə bağlı praktiki müzakirələr aparıldı. Həmçinin yerli və xarici ekspertlər tərəfindən ayrı-seçkiliyin müxtəlif formaları, nifrət nitqi və ifadə azadlığı, ayrı-seçkilik yaradan narrativlər, eləcə də rəqəmsal mühitdə bərabərlik və inklüzivlik mövzularında təqdimatlar edildi, geniş fikir mübadiləsi aparıldı.

Təlimdə Ombudsman Aparatının əməkdaşları ilə yanaşı, mərkəzi və yerli icra hakimiyyəti, cənub regionunda fəaliyyət göstərən məhkəmə və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edirdi.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri