Icma.az
close
up
RU
Polşanın birinci xanımı Azərbaycan stendini ziyarət edib FOTOLAR

Polşanın birinci xanımı Azərbaycan stendini ziyarət edib FOTOLAR

Icma.az, Sia Az saytına istinadən bildirir.

Azərbaycanın Polşadakı səfirliyi ölkəmizin Polşada akkreditə edilmiş Mərkəzi Avropa Ölkələri üzrə Ticarət Nümayəndəsinin Aparatı və Polşa Azərbaycanlıları Şurası ilə birgə Polşanın birinci xanımı Marta Navrotskanın himayəsi altında “Polşada akkreditə olunmuş Diplomatik Missiya Rəhbərlərinin Xanımları” Assosiasiyası (SHOM) tərəfindən təşkil olunmuş 18-ci xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil edib. Tədbirdə Polşada akkreditə olunmuş əksər diplomatik nümayəndəliklər və bu ölkədə fəaliyyət göstərən xeyriyyə təşkilatları iştirak edib. SİA xəbər verir ki, tədbirdə ziyarətçilərə milli mətbəximizin ləziz təamlarından olan şəkərbura, paxlava, mütəkkə, çudu, qutablar və digər təamlar təqdim olunub. Azərbaycan stendində ölkəmizdə istehsal edilən müxtəlif növ içkilər, şirə və kompotlar, narşərab, mürəbbə və müxtəlif konservlər, çay növləri bazar ziyarətçiləri tərəfindən həvəslə alınıb.

Tədbir çərçivəsində Polşanın birinci xanımı Marta Navrotska stendimizi ziyarət edərək nümayiş olunan məhsullarla tanış olub.

Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova Azərbaycanın zəngin mədəni irsi barədə məlumat verərək sivilizasiyaların kəsişməsində formalaşan mədəni ənənələrimizin qonaqpərvərlik, səxavət və birlik dəyərlərini əks etdirdiyini diqqətə çatdırıb. O, milli stendimiz vasitəsilə sənət və mətbəx nümunələri də daxil olmaqla, bu zəngin mədəni irsimizin bir hissəsinin təqdim edilməsindən məmnunluqla bəhs edib.

Səfir zəngin dadları, müxtəlif inqrediyentləri və zamanla sınaqdan keçirilmiş reseptləri ilə Azərbaycan mətbəxinin mədəniyyətimizin qonaqpərvərliyini təcəssüm etdirdiyini vurğulayaraq nəfis şirniyyatlarımızdan olan paxlava, şəkərbura, habelə mətbəximizdə özünəməxsus yer tutan qutab çeşidləri barədə məlumat verib.

Daha sonra milli folklorumuzun ayrılmaz hissəsi olan rəqslərimiz barədə danışan səfir rəqslərin hər bir xalqın mədəniyyətinin bir hissəsi olduğunu söyləyərək milli rəqslərin xalqın tarixini, adət-ənənəsini, xarakterini özündə ehtiva etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, tədbirdə ifa olunan “Naz eləmə” Azərbaycan mədəniyyətinin cazibəsini, incəliyini və ifadəli ruhunu əks etdirən zərif xalq rəqsidir. Zərif hərəkətlər və melodiya ilə jest arasında oynaq dialoqla xarakterizə olunan bu rəqs milli rəqslərimizə xas olan gözəlliyi, incəliyi və sənətkarlığı nümayiş etdirir.

Sonda N.Qurbanova ənənəvi Azərbaycan mətbəxinin təamlarını dadmaq və Azərbaycanda istehsal olunan müxtəlif növ məhsulları almaq üçün ziyarətçiləri stendimizə dəvət edib, dostluq və həmrəylik ruhunu əks etdirən xeyriyyə bazarına uğurlar arzu edib.

Xeyriyyə bazarının bədii hissəsində Polşada yaşayan Azərbaycan diasporunun nümayəndələrinin, eləcə də polyak gənclərin ifasında “Naz eləmə” rəqsi, “Sarı gəlin” və “Söz olmasaydı” mahnıları səsləndirilib. İfalar ziyarətçilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Tədbirdə, həmçinin Azərbaycanda polyak icmasının nümayəndələrinin sənət əsərləri və əl işləri də nümayiş olunub.

Səfir N.Qurbanova tədbir çərçivəsində Polşanın “TVP3” və “TV Republika” televiziya kanallarına müsahibə verərək izləyicilərə zəngin Azərbaycan mədəniyyəti, o cümlədən UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan mədəniyyət nümunələri, rəngarəng milli rəqslər, Azərbaycan stendində nümayiş olunan məhsullar barədə məlumat verib.

Azərbaycan stendində, həmçinin ənənəvi çay dəstgahı nümayiş olunub. Armudu stəkanlarda çay, müxtəlif mürəbbə növləri, limon, ləbləbi, milli şirniyyatlarımızdan ibarət çay süfrəsi ziyarətçilərin marağına səbəb olub.

Qeyd edək ki, builki xeyriyyə bazarında 60-dək səfirlik iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Dekabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri