Icma.az
close
up
RU
Polşanın sərhəddə atdığı yeni addım nədən xəbər verir? Hərbi ekspert səbəbləri açıqladı

Polşanın sərhəddə atdığı yeni addım nədən xəbər verir? Hərbi ekspert səbəbləri açıqladı

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

NATO-nun ən böyük ordularından birinə malik olan Polşa Rusiya və Belarusla həmsərhəd ərazilərdə təhlükəsizliyi gücləndirmək məqsədilə yeni hərbi birlik yaradacağını açıqlayıb. "Sərhəd Mühafizə Komponenti" adlandırılan bu qüvvənin hibrid təhdidlərə, qeyri-qanuni miqrasiyaya və pilotsuz uçuş aparatları ilə həyata keçirilə biləcək hücumlara qarşı fəaliyyət göstərəcəyi bildirilir. Rəsmi açıqlamaya görə, yeni hərbi birliyin yaradılması həm Polşanın milli təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də NATO-nun şərq cinahının müdafiə imkanlarının gücləndirilməsinə hesablanıb. Bu qərarın Avropanın təhlükəsizlik mühitinə və regiondakı hərbi-siyasi vəziyyətə mümkün təsirləri maraq doğurur.

Maraqlıdır, Polşanın Rusiya və Belarus sərhədində yeni hərbi birlik yaratmaq qərarı NATO-nun şərq cinahında təhlükəsizlik strategiyasının daha da sərtləşdiyini göstərir? Bu addım regionda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək, yoxsa Rusiya ilə Qərb arasında gərginliyi daha da artıracaq?

Mövzu ilə bağlı Moderator.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov açıqlama verib. 

Polkovnik qeyd edib ki, Polşanın Rusiya-Belarus sərhədində yeni hərbi birlik yaratmaq qərarı, əlbəttə ki, həmin regionda müşahidə olunan gərginlikdən irəli gəlir:

"Çünki həm Rusiya, həm də Belarus Polşa üçün təhlükə mənbəyidir. Polşanı nəzərdə tutduqda, əslində, NATO-nun şərq cinahından söhbət gedir. Bu isə NATO-nun şərq cinahında mövcud problemlərin göstəricisidir. Məhz buna görə Polşa həmin istiqamətdə yeni hərbi birlik yaradır və bu birlik ən müasir silah-sursatla təchiz olunacaq.

Ümumiyyətlə, son vaxtlar Polşanın adı tez-tez hallanır və Rusiyanın növbəti hədəflərindən birinin Polşa ola biləcəyi barədə fikirlər səsləndirilir. Mən bunu real hesab etmirəm. Lakin Rusiya rəhbərliyi öz siyasətinə müəyyən mənada bəraət qazandırmaq üçün belə bir addım atmağa cəhd göstərə bilər. Bu baxımdan hesab edirəm ki, Polşanın atdığı addım özünümüdafiə məqsədi daşıyır və məcburi xarakterlidir. Əlbəttə, NATO-nun təhlükəsizlik strategiyası artıq daha da sərtləşdirilib.

Çünki Rusiya, eləcə də onun müttəfiqləri tərəfindən NATO-ya qarşı açıq təhdidlər mövcuddur. Eyni zamanda Polşa da mövcud reallığı düzgün qiymətləndirir. Rusiya ilə Qərb arasında gərginlik onsuz da pik həddə çatıb. Qarşılıqlı ittihamlar, təhdidlər və etimadsızlıq bunu açıq şəkildə göstərir. Rusiya düşdüyü iqtisadi, siyasi və hərbi-texniki çətinliklər fonunda baş verən proseslərə görə Qərbi günahlandırmağa çalışır. Baş verən hadisələrdə təkcə Ukraynanı deyil, bütövlükdə Qərbi məsul tərəf kimi təqdim edir. Bu vəziyyət hələ uzun illər davam edəcək".

Hərbi ekspert vurğulayıb ki, əvvəllər tərəflər arasında soyuq müharibə mövcud idi, indi isə bu qarşıdurma yeni mərhələyə keçib:

"Hazırkı mərhələdə tərəflər bir-birini hədələyir, hətta bir-birinə qarşı hərbi gücdən istifadə edə biləcəklərini də açıq şəkildə dilə gətirirlər. Bu isə istənilən an qarşıdurmanın daha təhlükəli mərhələyə keçməsinə səbəb ola bilər. Polşa Ukraynaya həm maddi, həm mənəvi dəstək verir. Bununla yanaşı, Polşa ərazisi vasitəsilə NATO-nun logistika imkanlarından istifadə olunaraq Ukrayna Silahlı Qüvvələrinə zəruri vasitələr çatdırılır. Məhz buna görə də Rusiya bundan ciddi narahatdır və bu məsələ zaman-zaman gündəmə gətirilir.

Düzdür, son vaxtlar Polşa rəhbərliyinin Ukrayna rəhbərliyini bəzi addımlara görə tənqid etməsi, eləcə də Volodimir Zelenskinin bəzi orden və medallardan məhrum edilməsi tərəflər arasında müəyyən gərginlik yaratmışdı. Rusiya da informasiya müstəvisində bundan istifadə edərək Polşa ilə Ukrayna arasında münasibətləri daha da gərginləşdirməyə çalışdı. Lakin artıq əvvəlki gərginlik müşahidə olunmur. Bununla belə, Polşa Rusiyanın əsas müttəfiqi olan Belarusla bağlı müəyyən narahatlıqlarını da nəzərə alır.

Polşanın son addımları onu deməyə əsas verir ki, Ukrayna ilə münasibətlərdə yaranmış gərginlik artıq aradan qalxıb. Tərəflər bu gün dünyada əsas təhlükəsizlik problemlərindən biri hesab olunan Rusiya faktorunu nəzərə alaraq fəaliyyətlərini koordinasiya etmək qərarına gəliblər. Hesab edirəm ki, əvvəlki gərginlik artıq aradan qalxıb və bundan sonra da təkrarlanmayacaq. Ən azı tərəflər bunu anlayır və qarşılıqlı maraqları qorumaq üçün zəruri addımları atmaqda qərarlıdırlar".

Pərvin Şakirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 İyul 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri