Icma.az
close
up
RU
Ermənistan sərhəddə hərbçilərə niyə silah vermir? Hərbi ekspert səbəbləri açıqladı

Ermənistan sərhəddə hərbçilərə niyə silah vermir? Hərbi ekspert səbəbləri açıqladı

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanda keçirilən 25 günlük təlim toplanışından sonra sərhəd mövqelərində hərbçilərə silah verilmədiyi, mövqelərdə isə yalnız sursatın saxlanıldığı ilə bağlı yayılan məlumatlar diqqət çəkib. 


Bu yanaşmanın hansı zərurətdən irəli gəldiyi və Ermənistanın təhlükəsizlik siyasəti baxımından nə ifadə etdiyi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.

Maraqlıdır,  sərhəd mövqelərində hərbçilərin silahsız xidmət aparması hansı zərurətdən irəli gələ bilər? 
Bu yanaşma Ermənistanın daxili təhlükəsizliklə bağlı narahatlıqlarının göstəricisi kimi qiymətləndirilə bilərmi, yoxsa daha çox regiondakı proseslər və sülh gündəliyi fonunda verilən mesaj kimi dəyərləndirilməlidir?

Mövzu ilə bağlı Moderator.az-a hərbi ekspert Elxan Şıxalıyev açıqlama verib. 

Ekspert qeyd edib ki, Ermənistanda təlimlərdən sonra sərhəd infrastrukturunda xidmət aparacaq hərbçilərin silahlandırılmamasının əsas səbəblərindən biri onların sərhəddə törədə biləcəyi mümkün təxribatların qarşısını almaq məqsədi daşıyır:

"Bəs belə təxribatları adətən kimlər törədə bilər? Bunlar müxalif qüvvələrin təsiri altında olan və ya müxtəlif səbəblərdən güc strukturlarında silaha çıxış imkanı əldə etmiş hərbçilər ola bilər. Belə şəxslər bir nəfər də, iki və ya üç nəfər də ola bilər.


Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında indiyədək Ermənistan tərəfindən bu və ya digər formada törədilmiş təxribat nümunələri mövcud olduğundan, dövlət səviyyəsində bu məsələyə ehtiyatlı yanaşmanın olması təbiidir.

Xüsusilə də Ermənistan daxilində müxalifətin və ya digər ölkələrin maraqlarına xidmət edə biləcək qruplar vasitəsilə sərhəddə mümkün təxribatların törədilməsi ehtimalını məhdudlaşdırmaq, bu riskləri öncədən sığortalamaq məqsədilə belə addımlar atılır.


Əgər sual olunsa ki, bunun məntiqi varmı, hesab edirəm ki, var. Hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin tam imzalanması ilə bağlı Ermənistanın müəyyən gözləntiləri mövcuddur və bu prosesin konstitusiya dəyişikliklərindən sonra baş tutacağı gözlənilir".

Elxan Şıxalıyev vurğulayıb ki, lakin görünür ki, Ermənistanın daxili təhlükəsizlik və kəşfiyyat orqanlarında olan məlumatlar sərhəd infrastrukturunda xidmət aparacaq bəzi hərbçilərin mümkün təxribat törədə biləcəyi ehtimalının da nəzərə alındığını göstərir:


"Məhz buna görə də belə yanaşmaya üstünlük verilir. Artıq son bir il, hətta ilyarıma yaxın müddətdə Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulması halları və Ermənistan tərəfindən ciddi sərhəd təxribatları müşahidə olunmur. Bununla belə, hazırda mühüm bir mərhələdən keçilir. Ermənistan həqiqətən də sülh sazişinin tam mətnini Azərbaycanın irəli sürdüyü şərtlər çərçivəsində imzalamağa hazırlaşırsa, bu proses müəyyən mənada sərhəddə xidmət aparan hərbçilərin davranışından da asılıdır. 

Əks təqdirdə, sərhəddə baş verə biləcək hər hansı təxribat və ya atılan yanlış addım Azərbaycan Silahlı Qüvvələrinə qarşı yönəlmiş təxribat kimi qiymətləndirilə və fərqli dinamikləri hərəkətə gətirə bilər. Bu baxımdan, Ermənistan rəhbərliyinin daxildə təhlükəsizliyin pozulması ehtimalları ilə bağlı müəyyən ehtiyatlarının olması mümkündür. Mən bunu təxminən 10-20 faiz nəzərə alına biləcək yanaşma hesab edirəm. Nəzərə alsaq ki, Ermənistanın bütün güc strukturlarında müəyyən islahat və yenilənmə prosesi gedir, yeni yaradılacaq bölmələrə və yeni mövqelərə təyin olunacaq şəxslərlə bağlı da mövcud təxribat risklərinə qarşı ehtiyat tədbirlərinin görülməsində və belə addımların atılmasında fayda görürəm".

Pərvin Şakirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Avqust 2026 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri