Icma.az
close
up
RU
Polşanın xəbərdarlğı Rusiyaya dolayısı ilə mesaj ola bilər ŞƏRH

Polşanın xəbərdarlğı Rusiyaya dolayısı ilə mesaj ola bilər ŞƏRH

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Polşa Xarici İşlər Nazirliyinin vətəndaşlarına Belarusdan dərhal çıxmağı və bu ölkəyə səfərlərdən çəkinməyi tövsiyə etməsi regional siyasətdə diqqət çəkən bir addımdır. Bu xəbərdarlıq sadəcə vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi daşıya bilər, lakin eyni zamanda daha geniş geosiyasi mesajlar ehtiva edə bilər. Polşa ilə Belarus arasında münasibətlər son illərdə xeyli gərginləşib, xüsusən 2020-ci il Belarus Prezident seçkilərindən sonra baş verən etirazlar və siyasi böhran fonunda. Polşa Belarus müxalifətinin fəaliyyətini dəstəkləyən ölkələrdən biri kimi tanınır ki, bu da Minskin Varşavaya qarşı sərt ritorikasının səbəblərindən biridir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov Polşa Xarici İşlər Nazirliyinin vətəndaşlarına Belarusdan dərhal çıxmağı və bu ölkəyə səfərlərdən çəkinməyi tövsiyə etməsindən danışarkən bildirdi.

"Belarusun Polşaya qarşı son etiraz notası, xüsusən də Polşa vətəndaşı Qjeqoj Qavelin casusluq ittihamı ilə saxlanması ilə bağlı hadisə, iki ölkə arasında gərginliyi daha da artırıb. Bu kontekstdə Polşanın xəbərdarlığı yalnız vətəndaşlarını qorumaq üçün deyil, həm də Belarus hakimiyyətinə diplomatik təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Polşa XİN sözçüsü Pavel Vronskinin “Belarusun demokratik olmaması və Polşaya dost münasibət bəsləməməsi” barədə açıqlaması bu xəbərdarlığın siyasi çalarlarını daha da vurğulayır. Xəbərdarlığın vaxtı da diqqət çəkir".

Müsahibimizin fikrincə, Polşa ilə Belarus sərhədində miqrasiya böhranı və təhlükəsizlik məsələləri ilə bağlı son gərginliklər, həmçinin Rusiyanın Belarus üzərindəki təsiri Polşanın xəbərdarlığının təsadüfi olmadığını göstərir.

"Polşa NATO və Avropa İttifaqının üzvü kimi Belarusun Rusiya ilə sıx əlaqələrini regional təhlükəsizlik üçün potensial risk kimi qiymətləndirir. Bu xəbərdarlıq həm də Rusiyaya dolayısı ilə mesaj ola bilər, çünki Belarus Ukrayna münaqişəsində Rusiyanın müttəfiqi kimi görünür. Bununla belə, xəbərdarlığın qarşıdurma mesajı kimi qiymətləndirilməsi üçün daha konkret dəlillər tələb olunur. Polşanın bu addımı həm daxili, həm də xarici auditoriyaya yönəlmiş ola bilər. Daxildə vətəndaşların təhlükəsizliyinə diqqət yetirən hökumət imici yaratmaq, xaricdə isə Belarusun beynəlxalq aləmdə təcridini dəstəkləmək. Belarusun öz növbəsində bu cür xəbərdarlıqlara sərt reaksiya verəcəyi ehtimal olunur ki, bu da qarşılıqlı gərginliyi artıra bilər. Polşanın xəbərdarlığı həm vətəndaşların təhlükəsizliyinə yönəlmiş praktik addım, həm də regional gərginliklər fonunda siyasi jest kimi görünür. Bu, ikitərəfli münasibətlərdə yeni eskalasiyaya səbəb ola bilər, lakin eyni zamanda Polşanın öz maraqlarını və təhlükəsizlik prioritetlərini qorumaq istəyini əks etdirir", - deyə Tural İsmayılov sonlandırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri