“Qərb Rusiyaya qarşı sanksiyaları təmin edəcək mexanizm yaratmalıdır” Polşanın baş naziri
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Qərb ölkələri uzun müddətə anti-Rusiya sanksiyalarının təmin edilməsi mexanizmini hazırlamalıdır.
"Report"un "TVP İnfo" telekanalına istinadən verdiyi xəbərə görə, bu təklifi Polşanın Baş naziri Donald Tusk irəli sürüb.
“Avropa-Amerika daimi sanksiyalar siyasəti uzun illər birgə olmalıdır, çünki Rusiya problem yaradır və tərəfdaş deyil, problem olacaq”, - Polşanın baş naziri Romada keçirdiyi mətbuat konfransında bildirib.
Xatırladaq ki, iyulun 7-də Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Avropa İttifaqı 2022-ci ildən bu günədək Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyə hazırlaşır. Nazirin sözlərinə görə, bunlar neft gəlirlərinə, Rusiyanın maliyyə oyunçularına və Moskvaya məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə kömək edən digər ölkələrdəki vasitəçilərə təsir edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 11 İyul 2025 00:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















