Icma.az
close
up
RU
Pomidor və xiyar bahalaşır Səbəb nədir?

Pomidor və xiyar bahalaşır Səbəb nədir?

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtın iri marketlərində və bazarlarda son günlər qəribə bir mənzərə yaranıb: pomidor və xiyar piştaxtalarının önündə alıcıların söhbətləri dəyişib. Əvvəllər yalnız keyfiyyət və təzəlikdən danışan müştərilər indi qiymət artımından söz açır, satıcılara suallar yağdırırlar.

Tərəvəzlərə olan ənənəvi tələbatın fonunda baş verən bu dəyişiklik həm bazar mühitində, həm də ictimai müzakirələrdə diqqət mərkəzinə çevrilib. Düzdür, mövsümü olaraq hər il bu vaxtlar pomidor və xiyar bahalaşır. Amma builki bahalaşma kəskindir. Bu səbəbdən pomidor və xiyar bir anda həm süfrələrin, həm də xəbər lentlərinin "baş qəhrəmanı" olub.

Hər kəsi bir sual düşündürür: görəsən qiymətləri birdən-birə belə kəskin artıran nədir?

Sahibkar Eldar Hüseynov qiymət artımını hava şəraitinin kəskin dəyişməsi ilə əlaqələndirdi: "Qiymətlərin qalxmasının əsas səbəbi şimal bölgəsində əkilən məhsulların yağışın altında qalmasıdır. İstixanalarda olan məhsullar da demək olar ki, bitib. Yeni məhsullar isə yetişməyib. Hələ ki, ara boşluğu var. Xaçmazda yağan yağışlar imkan vermədi ki, ara boşluğu çöldə əkilən pomidorlar doldursun. Xiyarda isə səbəb köhnə istixanalarda məhsulların bitməsi, yeni istixanalarda  məhsulların yetişməməsidir. O səbəbdən qəfildən xiyarın qiyməti artdı. Bir ara havalar tutqun keçdi. Xiyar da elə bitkidir ki, hava şəraiti tutqun olduqda məhsuldarlığa təsir edir. Mütləq günəş olmalıdır". 

E.Hüseynov bildirdi ki, bu səbəblərdən daxili bazarda qiymətlər hələ ki, yüksək olaraq qalmaqda davam edəcək: "Amma bir müddət, noyabr ayının sonuna kimi belə olacaq. Xiyarın qiyməti bəlkə enə bilər. Çünki Şəmkir və Salyan istiqamətində tikanlı xiyarlar yetişəcək". 

Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, mövsüm amili burada böyük rol oynayır: "Tərəvəzçilik, xüsusilə pomidor və xiyar istehsalı Azərbaycanın kənd təsərrüfatı sektorunun ən strateji istiqamətlərindən biridir. Bu məhsullar daxili bazarda ən çox istehlak olunan tərəvəzlər olmaqla yanaşı, ölkənin ixrac portfelində də əhəmiyyətli yer tutur. Son dövrlərdə bazarlarda müşahidə olunan qiymət artımı isə həm istehlakçıları, həm də fermerləri narahat edib. Son illərin statistikası göstərir ki, pomidor istehsalında illik dəyişikliklər 5-12 faiz diapazonunda dəyişir, xiyar üzrə isə 3-8 faiz arasında tərəddüd müşahidə edilir. Mövsümi şərait, enerji xərcləri və ixrac prioritetləri məhsuldarlığa birbaşa təsir göstərir".

N.Əzizlinin fikrincə, pomidor və xiyarın qiymətlərinin dəyişməsində bir çox digər təsirlər mövcuddur: "Əsas hava şəraiti və mövsüm amilidir. Yağış, dolu və soyuq dalğaları məhsuldarlığı azaldır, qış mövsümündə isə açıq sahə məhsulu minimuma enir. İstixanaların enerji və gübrə xərcləri yüksəkdir, bu isə maya dəyərini artırır. Azərbaycan pomidor ixracında region ölkələri arasında aparıcı mövqedədir. İxracın artması daxili bazarda təklifi azaldır. Rayonlardan paytaxta daşınma, soyuducu anbarların məhdudluğu, topdan-pərakəndə marjaların yüksək olması qiymət fərqlərini şərtləndirir. Qısa müddətli çatışmazlıq fonunda satıcıların qiymətləri süni artırması da müşahidə edilir. Fermerin məhsulu tarladan çıxardığı qiymətlə Bakıda pərakəndə satış qiyməti arasında 2-3 dəfəyə qədər fərq yaranır. Bu, həm nəqliyyat xərcləri, həm də bazar strukturlarındakı qeyri-bərabər bölgüdən qaynaqlanır. Payız-qış mövsümündə açıq sahə məhsullarının azalması qiymətləri yüksəldir. İstixanaların qızdırılması üçün enerji sərfiyyatının artması istehsal xərclərini də qaldırır. Beləliklə, mövsümi olaraq qiymətlərin artması təbii hesab olunur. Qiymət artımının əsasən mövsümi xarakter daşıdığı qəbul edilir. Lakin ixrac prioriteti və bəzi hallarda topdan-pərakəndə şəbəkələrinin spekulyativ yanaşmaları süni təsirlərin də mövcudluğunu göstərir".

Müsahibimiz qiymətləri sabit saxlamaq üçün atılmalı olan addımlara da toxundu: "Qiymətlərin sabitləşməsi üçün mövsümi idxalın asanlaşdırılması, istixana istehsalçılarının enerji subsidiyaları ilə dəstəklənməsi, bazar nəzarətinin və anti-spekulyasiya tədbirlərinin gücləndirilməsi, fermerlər üçün risk sığortası və yeni texnologiyaların (damcı suvarma, müasir istixanalar) təşviqi vacibdir. Qısa müddətdə, yəni 1-2 ay üçün mövsümi məhsul bazara daxil olduqca qiymətlərdə müəyyən yumşalma mümkündür. Orta müddətdə, yəni 3-6 ayda, payızın sonu və qış mövsümündə qiymətlərin yenidən yüksəlməsi gözlənilir. Uzunmüddətli perspektivdə isə istixana sektoruna yatırımlar və logistika infrastrukturunun inkişafı qiymətlərin sabitləşməsini təmin edə bilər".

Mənbə: "Kaspi" qəzeti

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Sentyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri