Icma.az
close
up
RU
Pomidor və xiyar ucuzlaşdı SƏBƏB?

Pomidor və xiyar ucuzlaşdı SƏBƏB?

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Azərbaycan pomidoruna yenidən qadağa qoyub, daxili bazarda bolluq yaranıb


Mütəxəssislər isə xəbərdarlıq edir ki, ucuz məhsul keyfiyyətli demək deyil


Hazırda pomidor və xiyarın qiymətində ucuzlaşma müşahidə edilir. May ayının əvvəli müxtəlif çeşiddə pomidorların qiyməti bəzi ucuzluq olan marketlərdə 2.33-2.45 arasında, bahalı marketlərdə 3 manat – 3.50 olsa, xiyarın qiyməti isə növündən asılı olaraq 1.50- 1.30 arası dəyişsə də, indi qiymətlərdə endirim var. 

Pomidoru hətta 1m.50 – 2 manata, xiyarı 1 manata da almaq olur. Bazardakı nisbətən bolluğun və qiymət ucuzlaşmasının səbəbi isə yenə də Rusiya göstərilir. Məlumatlara görə, Rusiya Azərbaycan pomidorunun idxalına “tərkibində zərərli orqanizmlər var” adı altında yenə embarqo tətbiq etdiyindən daxili bazarda məhsul bolluğu yaranıb və bu da qiymət enməsinə səbəb olub. Oxşar hadisə 2 il əvvəl də baş vermişdi. Rusiyaya ixrac edilən külli miqdarda pomidor bu ölkənin Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti - “Rosselxoznadzor” tərəfindən zərərli elan edilərək geri qaytarılmışdı. Həmin məhsulların tərkibində pomidor güvəsi olduğu bildirilirdi. Amma biz bilmirik, indi marketlərdə, küçə ticarətində yeşik-yeşik boy göstərən həmin güvəli pomidorlardır. Fermerlər təki satılsın deyə, qiymətini aşağı salıb, binəva əhali də ucuzdur deyə sevinib alır və güvəli pomidor yeyir, yoxsa mövsümdəki ənənəvi bolluqdur, "parnik"lərdə məhsul yetişib artıq və daxili bazara çıxarılır deyə bolluq yaranıb. 


Kənd təsərrüfatı üzrə mütəxəssis Rauf Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hazırda Rusiya idxal məhsullarına qadağa qoyacaq səviyyədə deyil. Rusiya iqtisadiyyatı elə vəziyyətdə deyil ki, idxala qarşı süni maneələr yaratsın. Rusiyanın idxal məhsullarına ehtiyacı var, Rusiya bazarlarını kənd təsərrüfatı məhsulları ilə təmin edən ölkələrdən biri də Azərbaycandır:

- Rusiyaya idxal olunan pomidorun tərkibində zərərli orqanizmlərin tapılıb-tapılmaması sual altındadır. Biz bunu bilmirik. Bu barədə hökumət açıqlama verməlidir.  Yerli bazarda hazırda bolluq yaranması isə mövsümlə bağlıdır. Məlumdur ki, qışın bitməsi, yazın gəlişi ilə kənd təsərrüfatı məhsullarında qıtlıq yaranır. Tədarük azalır, stoklar boşalır. Anbarlarda köhnə məhsul qurtarır, yeni məhsulun yetişməsi isə müəyyən vaxt tələb etdiyindən daxili bazarda qıtlıq yaranır. Hökumət belə olan halda daxili bazarı idxal məhsullar hesabına təmin etməyə çalışır. Gördük ki, mart-aprel aylarında kartof, soğan digər ölkələrdən gətirildi, idxal məhsullar satışda çoxaldı. Pomidor, xiyar isə bəzi "parnik"lərdə yetişdirilmək hesabına az miqdarda olsa, satışa çıxarıldı. Məsələn, Zirə pomidoru ilin bütün fəsillərində satışda olur. Amma təbii ki, qiymətdə fərqlərlə. Qışda pomidorun qiyməti 2  manat ola bilməz. 3,4, 5 manata qədər qalxır. Xiyar da yalnız istixana məhsuludur. Təbii şəraitdə yetişən tərəvəzlər may ayının sonları, iyun ayında satışa çıxarıla bilir. Yerli məhsullar yetişdikdə, bazarda da bolluq yaranır, bu, qiymətlərə də təsir edir. 

Pomidor, xiyarda, eləcə də digər kənd təsərrüfatı məhsullarında zərərli orqanizmlərin olub-olmadığını isə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələri araşdırmalıdır. 


İqtisadçı Pərviz Heydərov isə diqqəti idxaldan asılılıq probleminə yönəltdi: 

-  Ölkəyə ərzaq idxalının artması artıq, bir müddətdir ki, narahatedici xarakter daşıyır. Bu, xüsusən də Rusiya-Ukrayna müharibəsindən sonra daha geniş vüsət almaqdadır. Getdikcə adi kənd təsərrüfatı məhsulları da ölkəyə kənardan gətirilir. Bu, nəyi göstərir? Təbii ki, sözügedən sahələrdə yerli istehsalın və tədarükün azalmaqda olduğunu. Məsələ bundadır ki, əvvəla, bizdə kənd təsərrüfatı, ümumiyyətlə, ərzaq məhsulları istehsalı və tədarükü onsuz da baha başa gəlirdi. Söhbət maya dəyəri, daşınmalardan və sairədən gedir. Odur ki, yerli istehsal və tədarük əsasən Rusiya və digər bu kimi bazarlar üçün səmərəli xarakter daşıyırdı. Müharibə başlandıqdan sonra isə yerli kənd təsərrüfatı istehsalçılarının, meyvə-tərəvəz, ümumiyyətlə, bitkiçilik məhsulları ixracatçılarının şimal bazara çıxış imkanları qeyri-səmərəli xarakter daşımağa başladı. Əvvəlki illərdə vəziyyət belə idi ki, məsələn, şimal bazarlarına çıxış müəyyən səbəblər baxımından maneələrlə qarşılaşanda sözügedən istehsalçı və ixracatçılar əllərindəki malları müvəqqəti də olsa, daxili bazara yönəldirdilər. İndi 3 ilə yaxındır ki, şimal istiqamətindəki bazarlar səmərəsiz xarakter daşıyır ardıcıl olaraq... Ona görə də yerli istehsal və tədarük "ölür"... Və beləliklə də, xarici analoq məhsullar yerli bazarı daha sürətlə doldurur. Çünki həm ucuz məhsullardır, həm də tələbatı ödəmək sarıdan yerli məhsullardan daha öncüldürlər. Bu, çox təhlükəli tendensiyadır. Ümumiyyətlə, ölkəyə xaricdən aqrar və yeyinti məhsullarının gətirilməsi eyni növ məhsulların daxildə bu və ya digər bazarlara daşınması xərclərindən daha asan və səmərəli başa gəlir. Odur ki, bazarlarda və marketlərimizdə getdikcə daha çox həcmdə və çeşiddə idxal məhsullarına rast gəlməli oluruq. Çalışmalıyıq ki, daxili bazarda yerli məhsullar üstünlük təşkil etsin, fermerlər də qazanc əldə etsin, əhali də keyfiyyətli məhsullarla qidalansın, dövlət büdcəsi də gəlir əldə etsin. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 May 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri