Poqba cəzası bitəndən sonra bu klubda oynamaq istəyir
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Poqbanın diskvalifikasiyadan sonra karyerasını harada davam etdirmək istədiyi məlum olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, antidopinq qaydalarını pozduğu üçün cəzalı olan fransalı yarımmüdafiəçi Poqba karyerasını “Marsel”də davam etdirmək istəyir.
Bundan əvvəl İdman Arbitraj Məhkəməsi antidopinq qaydalarını pozduğuna görə Poqbanın diskvalifikasiya müddətini 4 ildən bir il yarıma endirib. O, 2025-ci ilin yanvarında məşqləri bərpa edə biləcək. Noyabrın 15-də "Yuventus" rəsmi saytında Poqba ilə müqaviləyə xitam verdiyini açıqlayıb.
Klub özü bildirir ki, hazırda Poqba ilə müqavilə imzalamaq komandanın əsas məqsədi deyil.
Poqbanın 31 yaşı var. 2023/24 mövsümündə A Seriyasında iki oyun keçirməyi bacarıb. Fransız yarımmüdafiəçi 2022-ci ilin yayında "Yuventus"a qayıdıb. Poqba daha əvvəl 2012-2016-cı illərdə Turin klubunda çıxış edib və "byankoneri" ilə 4 dəfə İtaliya çempionu olub. Poqba Fransa millisi ilə 2018-ci ildə dünya çempionudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 12 Dekabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















