Poqba Toral ilə eyni klubda oynaya bilər
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pol Poqba Türkiyə klubuna keçə bilər
Fransa millisinin sabiq futbolçusu Pol Poqbanın karyerasını Türkiyədə davam etdirmək ehtimalı ortaya çıxıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Bursaspor"a təklif edilib.
Hazırda azad agent olan Poqbanın qış fasiləsinə qədər yeni klub tapmaq istədiyi bildirilir. "Bursaspor" rəhbərliyinin isə təcrübəli futbolçunun transferinə müsbət yanaşdığı qeyd olunub.
Poqba dopinq cəzası səbəbindən uzun müddət futboldan kənarda qaldıqdan sonra 2025-ci ilin yayında "Monako" ilə ikiillik müqavilə imzalayıb. Lakin zədələr və əsas heyətdə az şans qazanması səbəbindən Fransa klubunda cəmi 6 oyuna çıxıb.
"Monako" 2026-cı ilin avqustunda Poqba ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib. Karyerası ərzində "Mançester Yunayted" və "Yuventus" kimi klublarda çıxış edən futbolçu hazırda yeni komanda axtarır.
Qeyd edək ki, "Bursaspor" Türkiyənin II Liqasında mübarizə aparır. Komandanın heyətində Azərbaycan millisinin futbolçusu Toral Bayramov da yer alır. Bursa təmsilçisi 8 turdan sonra 19 xalla turnir cədvəlinə başçılıq edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 28 Sentyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















