Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz…
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu ilin ilk ayı ərzində Azərbaycana xarici ölkələrdən 6 min 235 ton portağal idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan portağalın 1 kiloqramının orta gömrük dəyəri 75 sent (1,28 manat) olub.
Qeyd edək ki, idxal olunan portağal Azərbaycana bu ölkələrdən gətirilib:
İran – 5 min 964,3 ton (1 kiloqramının orta gömrük dəyəri 1,28 manat);
Türkiyə – 193,9 ton (1,20 manat);
Misir – 71,6 ton (1,88 manat);
İspaniya – 2,19 ton (2,38 manat);
Suriya – 1,78 ton (1,20 manat);
Cənubi Afrika Respublikası – 1,2 ton (2 manat).
Məlumat üçün onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan portağalın miqdarı artsa da, gömrük dəyərində heç bir dəyişiklik olmayıb. Belə ki, ötən ilin ilk 2 ayında Azərbaycana xarici ölkələrdən 5 min 766 ton portağal idxal edilib. Bu il olduğu kimi, ötən ildə də ən çox portağal İrandan idxal edilib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycana portağal ən çox İrandan gəlir STATİSTİKA
09 Yanvar 2026 13:03
İrandan gətirilən portağal boyanır? KONKRET
13 Dekabr 2025 14:30
Türkiyədən xəbərdarlıq: İrandan Livana qədər...
12 Mart 2026 00:09
İrandan gətirilən portağal boyanır? Ələ keçən rəng şübhə yaratdı
13 Dekabr 2025 10:28
İraq İrandan imtina etdi, Türkiyədən alacaq
18 Mart 2025 19:45
Baxış sayı:124
Bu xəbər 27 Aprel 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















