Portuqaliya yığmasında daha birt gərginlik: O da millinin düşərgəsini tərk etdi
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Portuqaliya millisində baş verənlər ölkə futbolunda gərginliyi artırıb.
Milli.Az xəbər verir ki, yığmanın üzvü Bernardo Silva komandanın düşərgəsini vaxtından əvvəl tərk etməsinin səbəbləri barədə sosial şəbəkə hesabında açıqlama yayıb.
Futbolçu qərarının Danimarka ilə son qarşılaşmada yaşanan hadisələr və Jorje Jezusun səsləndirdiyi fikirlərlə əlaqəli olduğunu bildirib. O, baş verənlərin təfərrüatlarını hələlik açıqlamasa da, zamanı gələndə Portuqaliya ictimaiyyətinə həqiqəti danışacağını və bu addımının arxasında duran səbəbləri izah edəcəyini vurğulayıb.
Bernardo Silva səhhətində heç bir problem olmadığını, millinin düşərgəsindən ayrılmasının zədə ilə bağlı olmadığını xüsusi qeyd edib.
O, Portuqaliya millisinin və komanda yoldaşlarının qarşıdakı oyunlarda uğur qazanmasını arzulasa da, Bruno Fernandesə bu təbrikə yer verməyib. Silva onun bu istisnanın səbəbini bildiyini də əlavə edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:123
Bu xəbər 18 Noyabr 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















