Icma.az
close
up
RU
Portuqaliyada qənaətli istirahət etməyin YOLLARI

Portuqaliyada qənaətli istirahət etməyin YOLLARI

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Hətta bu gün belə, səyahətçilərin bu möhtəşəm ölkədə büdcəyə uyğun şəkildə istirahət etməsi üçün kifayət qədər imkanı var.
Portuqaliya uzun illər Avropada ən sərfəli istirahət istiqamətlərindən biri hesab olunurdu, lakin onun populyarlığı artdıqca turistlər qiymətlərin də sürətlə qalxdığını qeyd edirlər.

Lent.az bu yolları sizə təqdim edir:

Bununla belə, Lonely Planet üçün yazan və uzun müddətdir Portuqaliyada yaşayan britaniyalı səyahət bloqeri Daniel Ceyms Klark izah edir ki, hələ də Portuqaliyada qənaətli istirahət etmək mümkündür.

Portuqaliyada qənaətli istirahət üçün 17 tövsiyə:
1. Yüksək mövsümdən çəkinin.

Məsələn, oktyabr ayında hələ günəşli olan Alqarveyə səfər edərək yaşayış xərclərini 75%-dək azaltmaq olar.
2. Pulsuz yerli festivallarda iştirak edin.
Fevral və martda keçirilən Aveyru karnavalı, may ayında Koimbrada təşkil olunan tələbə bayramı və dekabrda Albufeyrada keçirilən Yeni il gecəsi kimi tədbirlər ödənişsiz və rəngarəngdir.
3. Üç beynəlxalq hava limanı arasında müqayisə edin.
Lissabon, Portu və Faro hava limanlarından hansına daha ucuz bilet varsa, onu seçin. Daxili nəqliyyat (avtobuslar, qatarlar) münasib qiymətlidir.
4. Populyar yerləri təbiət və yerli məkanlarla əvəz edin.
Sintra sarayları əvəzinə Mafra sarayı, Douro şərab bölgəsi əvəzinə Dao bölgəsi və Alqarve kurortları əvəzinə mərkəzi sahilləri ziyarət edin.
5. Mənzillər əvəzinə hostellər və ailəvi qonaq evlərini seçin.
Ən yaxşı qiymət/keyfiyyət nisbətinə malik hostelləri Lissabon və Portuda tapmaq mümkündür.
6. Otel səhərlərini yerli kafelərlə əvəz edin.
Galão (latte), tosta mista (pendirli və vetçinalı sendviç) və pastel de nata (kremlə dolu piroq) cəmi 5 avrodan ucuz başa gələ bilər.
7. Səfər marşrutunuzu ağıllı planlaşdırın.
Qışda avtomobil icarəsi cəmi 5 avrodan başlayır. Pullu yolların alternativlərini seçin və supermarketlərdə benzin alın.
8. Qatar və uzaqməsafəli avtobus biletlərini öncədən alın.
Ən azı 5 gün əvvəl alınan biletlər 50-65%-dək endirimlidir.
9. İctimai nəqliyyat üçün kartlardan istifadə edin.
Lissabonda Navegante, Portuda Andante kartları, Alqarveda isə Vamus tətbiqi ilə sərfəli səyahət etmək mümkündür.
10. Populyar yerlərə biletləri öncədən bron edin.
Sintra parklarına 3 gün öncədən bilet alaraq 15% qənaət edə bilərsiniz. Bəzi muzeylərə isə ümumiyyətlə giriş pulsuzdur.
11. Turist kartlarının şərtlərini əvvəlcədən araşdırın.
Bu kartlar yalnız sizə uyğun olduqda qənaət təklif edir. Əgər çox istifadə etməyəcəksinizsə, almaq məsləhət deyil.
12. Nağd pul gəzdirməyə çalışın.
Bəzi bankomatlar yüksək komissiya və zəif məzənnə tətbiq edir. Rəsmi bankların bankomatlarını seçin.
13. Keramika və gil məhsullarını kilo ilə alın.
Azuleju və keramik qablar üçün ən sərfəli alış-veriş bu şəkildə olur.
14. Çatı barları əvəzinə "miradouro"larda pivə için.
Pivə və ya şərabınızı götürüb şəhər mənzərəsini seyr edə bilərsiniz. Ponto və Lissabonda xüsusi yerlər mövcuddur.
15. Piknik üçün təyin olunmuş parklardan istifadə edin.
Mercearia bazarlarından çörək, kolbasa, pendir və şərab alaraq 10 avroya klassik portuqal pikniki təşkil edə bilərsiniz.
16. Churrasqueira və ya tasca tipli restoranlarda “menu do dia” sifariş edin.
Gündəlik menyular 12 avro civarındadır. Piri-piri toyuğunun yarım porsiyası daha da ucuz başa gəlir.
17. Kuvert haqqına və ev şərabına diqqət yetirin.
Sifariş olunmasa belə, masaya verilən çörək, zeytun və s. ödənişlidir. Ən sərfəli içki isə adətən “vinho da casa” – ev şərabıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 May 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri