Icma.az
close
up
RU
Ağciyər xərçəngini erkən aşkar etməyin YOLLARI

Ağciyər xərçəngini erkən aşkar etməyin YOLLARI

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Pnevmoniya və bronxit ağciyər xərçəngindən xəbər verə bilər".

Ölkə.az xəbər verir ki, bunu rusiyalı həkim Andrey Nefedov deyib.

“Hər nə qədər ağciyər xərçəngi erkən aşkarlansa, müalicə bir o qədər effektiv olar. Bunu ağciyər xərçəngi ilə bağlı qlobal statistika da təsdiqləyir”, – deyə həkim qeyd edib.

Həkimin sözlərinə görə, IA1 mərhələsində şişin ölçüsü 1 sm olduqda  insanın ən azı daha 5 il yaşama ehtimalı IA3 mərhələsində olanlara nisbətən 15% yüksəkdir:

"Ağciyər xərçəngini vaxtında aşkar etmək çətindir, çünki simptomlar spesifik deyil. Öskürək, təngnəfəslik, sinə ağrısı, səsin xırıltılı olması, qanlı bəlğəm kimi əlamətlər bir çox bronx-ağciyər xəstəliklərində də rast gəlinir. Buna görə də bu xəstəliyin aşkarlanması üçün mütəmadi tibbi müayinələrdən keçmək lazımdır.

Flüoroqrafiya ağciyər xəstəliklərinin profilaktikası və diaqnostikası üçün istifadə edilsə də, ağciyər xərçənginin erkən mərhələdə aşkarlanması baxımından aşağı dozalı kompüter tomoqrafiyasından (KT) daha az effektivdir.

Xəstələr ağciyər xəstəliklərinin profilaktikası və diaqnostikası üçün flüoroqrafiyadan keçsələr də, təəssüf ki, bu metod ağciyər xərçəngini erkən mərhələdə aşkarlamaq üçün effektiv deyil. Bunun əksinə olaraq, KT vasitəsilə ağciyərlərdə hətta ən kiçik şişləri belə aşkar etmək mümkündür. Bu isə onların vaxtında çıxarılmasına və effektiv müalicə aparılmasına imkan yaradır".

Onkoloq qeyd edib ki, ağciyər xərçənginin yaranmasının əsas səbəbi siqaret çəkməkdir. O vurğulayıb ki, KT müayinəsindən keçmək 55 yaşdan yuxarı insanlara və gündə bir qutu siqaret çəkən, 30 il siqaret təcrübəsi olan şəxslərə tövsiyə olunur:

“Siqareti tərgitmək heç vaxt gec deyil. Əgər insan bu zərərli vərdişdən imtina edirsə, ağciyər xərçənginə tutulma riski artıq birinci il ərzində 6% azalır. Əgər siqaretsiz sağlam həyat tərzi 15 il davam edərsə, bu xəstəliyin yaranma riski siqaret çəkməyən insanlarla eyni səviyyəyə enir”.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Fevral 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri