Icma.az
close
up
RU
POS terminalların sayı aktiv vergi ödəyicilərin sayından təxminən 5 dəfə azdır Deputat

POS terminalların sayı aktiv vergi ödəyicilərin sayından təxminən 5 dəfə azdır Deputat

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda POS terminalların sayı aktiv vergi ödəyicilərin sayından təxminən 5 dəfə azdır.

"AzPolitika" xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bildirib.

Onun sözlərinə görə, ölkə üzrə cəmi POS terminalların 62,1 %-i Bakı şəhərinin payına düşür: 

"Hazırda 1 ədəd POS terminala düşən əhali sayı 60 nəfərdir. Gürcüstanda hər POS terminal 29 nəfərə, Türkiyədə isə 47 nəfərə xidmət göstərir. Aktiv vergi ödəyicilərinin əhəmiyyətli hissəsi POS terminal xidmətlərindən istifadə etmir. Hazırda 883 min aktiv vergi ödəyicisinin olmasına baxmayaraq cəmi 184,4 min POS terminalın istifadə edir".

Deputat əlavə edib ki, digər çağrış POS terminallardan istifadə üzrə tariflərin yüksək olmasıdır: "Azərbaycanda debet və prepaid kartlara tətbiq edilən interçeync tarifləri də yüksəkdir. Mastercard Türkiyədə debet və prepaid kartlara tətbiq edilən interçeync tarifləri 0,65 %, Qazaxıstanda 0,9-1,3 % arasında dəyişdiyi halda müvafiq göstərici Azərbaycanda 1,14-1,73% arasında dəyişir. Azərbaycanda region ölkələrinə nisbətən daha yuxarı interçeync tarifləri tətbiq edilir. Standart müştəri kartı üzrə tətbiq edilənn tariflər Azərbaycanda 1,3-1,8 % arasında dəyişdiyi halda Türkiyədə müvafiq göstərici standart olmaqla 1,32 % (standart), Gürcüstanda 1-1.75%, Qazaxıstanda isə 0,9-1,1 % arasında dəyişir".

V.Bayramov qeyd edib ki, POS terminallardan istifadə ilə bağlı tariflərin azaldılması iqtisadiyyatın ağardılması baxımdan da vacibdir:"Hazırda mikro sahibkalar üçün 2 %-lik sadələşdirilmiş dövriyyə üzrə vergi güzəştləri tətbiq olunur. Amma POS terminalardan istifadə üzrə ümumi tariflər hətta vergi dərəcəsindən də çoxdur. Bu o deməkdir ki, bir sıra hallarda nağdsız ödənişlərə üstünlük verən və şəffaf işləmək istəyən mikro sahibkar vergidən daha çox POS terminaldan istifadəyə görə banklara haqq ödəməlidir. Bu isə mikro sahibkarların nağdsız hesablaşmalara marağını azaldır. POS terminal tarifləri iqtisadiyyatın ağardılması üçün maneə olmamalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Oktyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri