Potensial cinayətkar uşaqların xüsusi siyahısı hazırlanmalıdır Deputat
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Məktəblərdə uşaqlara keyfiyyətli yemək verilməsi vacibdir".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü plenar iclasında ölkədə uşaqların təhlükəsizliyi və sosial təminatı ilə bağlı məsələlərə diqqət çəkərdən deyib.
Onun sözlərinə görə, uşaqların qidalanması problemləri onların sağlamlığına və inkişafına mənfi təsir göstərir.
Həsənquliyev qeyd edib ki, bəzi valideynlər uşaqların qidalanması üçün nəzərdə tutulan vəsaiti repititor xidmətlərinə yönəldir, bu isə uşaqların düzgün qidalanmasını əngəlləyir. Məktəblərin ətrafındakı köşklərdə isə siqaret və içkilər satılır, lakin müvafiq qurumlar bu hallar üzərində nəzarəti gücləndirmir.
Deputat “İdrak” liseyindəki bir hadisəni misal gətirərək bildirib:
“Uşağın zorakılığa meylli olduğu barədə ailəsinə məlumat verilib, amma hüquq-mühafizə orqanlarına xəbər çatdırılmayıb. Belə uşaqların gələcəkdə potensial cinayətkarlıq riski var. Polis bu tip uşaqların xüsusi siyahısını hazırlamalıdır ki, tədbirlər vaxtında görülə bilsin".
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 10 Fevral 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















