Poverbankla bağlı xəbərdarlıq: Hansı hallarda təhlükəlidir? VİDEO KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Məşhur stilist Anar Ağakişiyev poverbank partlaması nəticəsində xəsarət aldığını açıqlamışdı. O, sosial şəbəkədə paylaşdığı videoda hadisə zamanı dodağının, burnunun və saçının yandığını bildirmişdi.
KONKRET.az-ın məlumatına görə, bu hadisə gündəlik istifadə edilən cihazlardan biri olan poverbankların təhlükəsiz istifadəsi məsələsini yenidən gündəmə gətirib. Texnologiyanın inkişafı ilə bu cihazlara tələbat artsa da, onlar düzgün istifadə edilmədikdə ciddi risk yarada bilər.
Mövzu ilə bağlı sorğu zamanı paytaxt sakinlərinin bir qismi poverbankların partlaya biləcəyini bilsə də, bir çoxu üçün bu təhlükə hələ də təəccüblüdür.
Mütəxəssislərin sözlərinə görə, belə halların əsas səbəblərindən biri keyfiyyətsiz məhsulların alınması və cihazların düzgün istifadə edilməməsidir. Bununla yanaşı, keyfiyyətli poverbanklar belə yanlış istifadə zamanı təhlükəli ola bilər. Xüsusilə cihazın uzun müddət günəş altında, avtomobildə saxlanılması və ya həddindən artıq şarjda qalması batareyanın şişməsinə və partlamasına səbəb ola bilər.\\oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 06 Avqust 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















