Icma.az
close
up
RU
Keysəriyyə əməliyyatı hansı hallarda təhlükəlidir?

Keysəriyyə əməliyyatı hansı hallarda təhlükəlidir?

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkədə keysəriyyə əməliyyatı ilə doğuş edən xanımların sayı sayı sürətlə artıb. Keysəriyyə əməliyyatları tibbi baxımdan riskli bir prosesdir. Əməliyyat qadınların orqanizmindən asılı olaraq, mənfi təsirlər göstərə bilir.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, normal doğuş həyata keçirən xanımların sayı 111.751 nəfər, keysəriyyə əməliyyatı keçirənlərin sayı isə hər 100 doğumdan 59-u düşür. 
Ginekoloq Suğra Məmmədova Modern.az-a açıqlamasında deyib ki, keysəriyyə əməliyyatı tibbi göstəriş olduğu hallarda həm ana, həm də körpənin həyatını xilas edə biləcək vacib, bəzən də məcburi cərrahi müdaxilə sayılır. Qadınlar arasında doğuş qorxusunun olması, estetik narahatlıqlar və doğuş vaxtının planlaşdırılmasından irəli gələrək keysəriyyə əməliyyatına marağ artırır. 

Ginekoloq qeyd edib ki, bu əməliyyatların insan orqanizmi üçün riskləri çoxdur. Keysəriyyə, təbii doğuşa nisbətən tibbi risk, uzun və çətin bərpa prosesi, eləcə də gələcək hamiləliklərdə əlavə fəsadlar da yarada biləcək əməliyyatdır. 

“Keysəriyyə sonrası anaların orqanizmində yaranan dəyişikliklər və psixoloji təsirlər individualdır. Bəzi qadınlar bərpa dövründə fiziki və emosional çətinliklərlə üzləşə bilirlər. Ona görə də qadınlar doğuş üsulunu seçəndə təkcə rahatlıq və qorxuları deyil, həm də həkimin tibbi məsləhətlərinə və özlərinin  gələcəkdə sağlamlığına mənfi  təsir göstərəcək fəsadları nəzərə almalıdırlar.”-deyə həkim bildirib.

Suğra Məmmədovanın sözlərinə görə, beyində doğum ağrısının yaddaş mərkəzi yoxdur. Lakin ağır doğuşlar zamanı ana və uşaq ölümü, ağır  travmalar, xəstə, şikəst uşaqlar doğulurdu. Buna görə də, ağır hallarda dölü çıxartmağın  başqa  yolu məhz qarını kəsərək üstdən çıxartmaq idi. Uzun zaman içində bu keysəriyyə əməliyyatı sürətlə təkmilləşib (aşağı seqmentdən kəsik, travmasız döl, yaranın tez sağalması, kosmetik tikişlər, xəstənin sutkadan aktivləşdirilməsi və s).

Həmçinin, keysəriyyə əməliyyatlarının bır sıra  fəsadları da var. Əsasən, qanaxma , damar zədələnmələri , tromboemboliya və s. kimi problemlər ortaya çıxır. 

“Onu da qeyd edək ki, keysəriyyə əməliyyatlarından sonra ana və uşaq ölümlərinin, travmatik  doğuşların sayı da çox azalmışdır. Bu halda qadınlara məsləhətim odur ki, əgər normal doğum etmək mümkünsə bu  yolu seçsinlər. Yalnız normal doğuma bir əks göstəriş varsa keysəriyyə əməliyyatına getsinlər . Sadəcə ağrı çəkməkdən , güc verməkdən qorxuram deyə əməliyyata getməzlər”, - deyə ginekoloq vurğulayıb.

Zərif Sofiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:270
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 May 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri