Praqada trolleybus nəqliyyatının 90 illiyi qeyd olunur
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Praqa, 30 avqust, AZƏRTAC
Çexiyanın paytaxtı Praqada trolleybus nəqliyyatının fəaliyyətə başlamasının 90 illiyi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, ilk Praqa trolleybusu 28 avqust 1936-cı ildə marşruta çıxıb. Yubiley münasibətilə Ştreşovitse deposundakı Şəhər Nəqliyyatı Muzeyində xüsusi sərgi təşkil olunub. Ekspozisiyada tarixi fotolar, texniki sənədlər və retro trolleybuslar nümayiş etdirilir. Müasir trolleybuslar kontakt şəbəkəsi ilə hərəkət etməklə yanaşı, batareya vasitəsilə avtonom gediş imkanlarına da malikdir. İkinci Dünya müharibəsindən sonrakı dövrdə xeyli genişlənən trolleybus şəbəkəsi 1972-ci ildə tamamilə bağlansa da, yeni minillikdə tədricən bərpa olunmağa başlayıb.
Hazırda şəhərdə 5 trolleybus marşrutu fəaliyyət göstərir. Onlardan 59 nömrəli xətt "Nádraží Veleslavín" metrostansiyasını Vatslav Havel adına Beynəlxalq Hava Limanı ilə birləşdirir. Yubiley tədbirləri çərçivəsində sentyabrın 5-6-da tarixi nəqliyyat vasitələri yenidən şəhər küçələrinə çıxacaq. Sakinlər və turistlər üçün xüsusi pulsuz marşrut da xidmət göstərəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 30 Avqust 2026 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















