Icma.az
close
up
RU
“Premyer Liqada da qollarımı sıralayacaq potensiala sahibəm” “Karvan”ın hücumçusu

“Premyer Liqada da qollarımı sıralayacaq potensiala sahibəm” “Karvan”ın hücumçusu

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan I Liqasında ötən gün “Karvan” doğma meydanda “Qəbələ”ni məğlub etdi (2:0). Görüşdə qollardan birini Yevlax klubunun hücumçusu Emil Qasımov vurub. 25 yaşlı futbolçu dünənki matçda fərqlənərək qollarının sayını 14-ə çatdırıb və bombardirlik yarışında birinci pilləyə yüksəlib.

Qarşılaşmanın ardından Qasımov İdmanxeber.az saytına verdiyi müsahibədə “Qəbələ” oyununu və cari mövsümü dəyərləndirib:

– Bu oyuna sanki xüsusi hazırlaşmışdınız. Sizi motivasiya edən nə idi?

Digər görüşlərə necə hazırlaşmışdıqsa, bu oyuna da eyni şəkildə motivasiya olmuşduq. Bu mövsüm onları məğlub edə bilməməyin istəyi, əzmi var idi komandada. Çünki bizim potensialımız buna imkan verirdi. “Qəbələ”yə qarşı öncəki iki oyunda bəxtimiz gətirməmişdi. Nəhayət, bu matçda yaxşı oyun göstərib tilsimi qıra bildik.

– Mövsümə yaxşı başlamışdınız. Amma çempion ola bilmədiniz. Səbəb nə idi? “Qəbələ”dən niyə geri qaldınız?

Bəli, sizin də dediyiniz kimi, mövsümə yaxşı başlamışdıq. Ancaq sonradan işlər istədiyimiz kimi getmədi. Yenə də ruhdan düşmədik. Çenpion ola biləcək gücdəydik. Sadəcə alınmadı. Çempion olmasaq da, ikinci pilləni geri almaq istəyirik. Bunu edə bilərik, hələ qarşıda oyunlar var.

– Bu görüşdə qol vuraraq bombardirlik yarışında ilk pilləyə çıxdın. Bunu necə şərh edirsən?

Açığı, meydana bombardir olmaq üçün çıxmıram. Önəmli olan komandanın uğurudur. İndiki durumda “Karvan”ın daha yuxarı pillələrdə olması vacibdir

– Premyer Liqada bombardirlik yarışında yerli futbolçu yoxdur. Səncə, elitada çıxış etsən, yenə bu uğuru təkrarlaya bilərsən? Özünü o səviyyədə görürsən?

Premyer Liqa oyunlarını izləyirəm. Orada da qollar vuracaq potensiala sahibəm. Əlimə belə bir imkan düşsə, maksimum dəyərləndirməyə çalışacam. Hələlik “Karvan”la qarşıdakı oyunları düşünürəm. Əsas məqsədimiz liqada ikinci pilləni tutmaqdır. 

– Çempion ola bilməsiniz də, Premyer Liqaya vəsiqə qazandınız. Demək olar, heyət böyük ölçüdə dəyişəcək. Komandada qalmasan buna necə reaksiya verərsən?

“Karvan”ın 16 il sonra elitaya qayıtmasına az da olsa köməyimiz dəyibsə, nə xoş bizə. Heyətdə kimin qalıb-qalmayacağı barədə nəsə deyə bilmərəm. Bu haqda düşünməmişəm. Klub nə qərar versə, hörmətlə yanaşacam. 

– Yığmanın baş məşqçisi Fernandu Santuş heyətə aşağı liqadan da oyunçu dəvət edir. Hazırda millidəki hücumçuların passiv olduğunu nəzərə alsaq, Santuşdan dəvət gözləyirsən?

Bundan öncəki müsahibələrimdə də demişəm ki, millidə oynamaq, bayrağımızı təmsil etmək karyeramın ən önəmli hadisəsi olar. Yığmaya çağırılan hücumçulara passiv deməzdim. Futbol içində belə hallar olur. Ancaq mən də millidə forma geyinmək istəyərəm. Özümə güvənirəm. Santuşdan dəvət gəlsə, çox şad olaram. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 03 May 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri