Icma.az
close
up
RU
Premyer Liqada yeni mövsüm: 12 komanda “12 ci oyunçu” sorağında ŞƏRH

Premyer Liqada yeni mövsüm: 12 komanda “12 ci oyunçu” sorağında ŞƏRH

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Azarkeşlər yalnız tribunaları dolduran insanlar deyil, oyunun ruhunu, coşqusunu yaradan əsas qüvvədirlər. Təsadüfi deyil ki, onlar futbolda “12-ci oyunçu” sayılırlar. Hər mövsüm “Qarabağ”ın beynəlxalq oyunlarında tribunalarda yaşanan atmosfer ölkəmizdə futbolun necə sevildiyini nümayiş etdirir.

30252 tamaşaçının izlədiyi “Qarabağ” - “Şkendiya” matçı da bu mövsüm avrokubokların təsnifat mərhələlərində ən çox azarkeş gələn oyunlar arasındadır. Eyni zamanda, “Şelburn”la qarşılaşmada da ölkə çempionu “Tofiq Bəhramov”a 25573 azarkeş toplaya bilib. Bu rəqəmlər möhtəşəm görünsə də, aydın bir təzad diqqəti çəkir: ötən mövsüm milli çempionatda “Qarabağ”ın ev oyunlarını izləyənlərin orta sayı cəmi 1729 nəfər olub.

Ümumiyyətlə, 2024/25 mövsümündə Azərbaycan Premyer Liqasının oyunlarına orta hesabla 1533 tamaşaçı gəlib. Ən sevilən komanda “Turan Tovuz” olub ki, ev oyunlarında orta hesabla 4361 azarkeş toplaya bilib. Bu göstəriciyə görə “Neftçi” ikinci (2209), “Sumqayıt” üçüncü (1858), “Qarabağ” isə yalnız dördüncü yerdə qərarlaşıb. Ən çox izlənən qarşılaşmalar isə, gözlənildiyi kimi, Azərbaycan derbiləridir: “Neftçi” - “Qarabağ” oyunları hər dəfə minlərlə futbolsevəri stadionlara cəlb edib.

Stadionları doldurmaq üçün dünya klublarının təcrübəsi maraqlıdır. Türkiyədə 3-cü liqada çıxış edəndə belə “Bursaspor”un oyunlarına 40 mindən çox tamaşaçı gəlirdi. UEFA-nın maliyyə hesabatına görə, “Qalatasaray” yalnız bilet satışından bir oyundan orta hesabla 2,3 milyon avro gəlir əldə edir və bu göstəriciyə görə Avropada 20-cidir. Təbii ki, azarkeş marağı düzgün idarə olunanda həm stadionlar dolur, həm də klublar maliyyə baxımından güclənir.

“Qarabağ” da azarkeşləri cəlb etmək üçün nəzərəçarpacaq addımlar atır. Bu təşəbbüslərdə Gənclər və İdman Nazirliyinin verdiyi dəstək də mühüm rol oynayıb. “Şkendiya” ilə oyun günü “Tofiq Bəhramov”un qarşısında azarkeşlər üçün əyləncələr və iaşə obyektləri ilə təchiz olunmuş fan-zona təşkil edilib, stadionun ərazisinə giriş prosesi asanlaşdırılıb. Tamaşaçılar arenanın qapılarında uzun-uzadı növbələrdə dayanmaq məcburiyyətində qalmayıblar. Azarkeşlər müxtəlif müsabiqə və viktorinalara qatılıb, maraqlı hədiyyələr, o cümlədən komandanın avrokuboklardakı növbəti oyununa bilet qazanmaq imkanı əldə ediblər. “Kəhər” ləqəbli maskot atın arenada görünməsi də tribunada coşqu yaradıb - maskotlar hələ də Azərbaycan futbolunda nadir hal sayılır. Klub bu cür aksiyaları Premyer Liqa oyunlarında da təşkil etməyi planlaşdırır.

“Qarabağ”ın avrokuboklardakı oyunlarında insanların stadiona ailəvi gəlməsi, qadın və uşaqların çoxluğu da diqqət çəkir. Əlbəttə, milli çempionatın oyunlarında da bunu görmək xoş olardı. İstərdik ki, insanlar oyuna, stadiona gəlməyi əyləncəli vaxt keçirmək kimi baxsınlar, əylənsinlər və istirahət etsinlər, həm də adrenalin yaşasınlar. Şübhəsiz ki, klublar bunları həyata keçirmək, reallaşdırmaq üçün çox çalışmalıdırlar.

Beynəlxalq səviyyədə aparılan sosial sorğular göstərir ki, əslində azarkeşlər arasında qadınların sayı düşünüləndən daha çoxdur və bu auditoriya seqmenti əvvəllər yetərincə qiymətləndirilməyib. “Nielsen” marketinq şirkəti müəyyən edib ki, 2022-ci il futbol üzrə dünya çempionatında azarkeşlərin 37%-ni qadınlar təşkil edib. Qadınlar təbiət etibarilə kişilərə nisbətən daha emosional olurlar. Əgər belədirsə, klublar niyə onları tribunalara cəlb etməyə çalışmasınlar?

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır. İştirakçıların sayı da 12-yə çatıb, əyalət təmsilçiləri çoxalıb. Düzdür, onlardan doqquzu bölgə klubu olsa da, bəzisi stadion probleminə görə öz meydanında oynamır, bəzisi də elə Bakıda məskunlaşıb.

Bizdə azarkeşlərin stadionlara gəlməməsinin səbəbləri hələ də geniş araşdırılmayıb. Bəzi klublar fan-şoplarını açsalar da, bəzilərinin heç rəsmi saytı yoxdur, sosial şəbəkələrdə çox da fəal deyillər. Halbuki müasir dövrdə bu vasitələr azarkeşlərlə birbaşa ünsiyyətin ayrılmaz hissəsidir. Azarkeşləri stadionlara qaytarmağın yolları çoxdur: bilet alanlara hədiyyələr, ailələr üçün uyğun şərait, maraqlı fan-zonalar, musiqi və şoular, uşaqlar üçün oyun zonaları, münasib qiymətə yemək və içki xidmətləri və əlbəttə ki, komandanın uğurları.

Sovet dövründə - ötən əsrin 80-ci illərinin ikinci yarısında “Neftçi”nin oyunları zamanı azarkeşlər üçün lotoreya olaraq avtomobil qoyulması təcrübəsi də var. Bu təcrübədən müstəqillik dövründə bəzi oyunlarda yararlanıblar. Məsələn, Azərbaycan kubokunun finalında.

Müasir azarkeş stadionu sadəcə oyun izləniləcək yer kimi deyil, həm də əyləncə, istirahət və emosional enerji məkanı kimi görür. Klublar bunu başa düşməli və hər oyunu bir bayrama çevirməlidirlər. Çünki azarkeşsiz futbol - ruhsuz oyundur.

Rasim Mövsümzadə
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Avqust 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see212

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see211

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see205

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see155

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see141

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see140

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see140

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see136

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see134

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see129

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see129

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri