Qvardiola 12 ci dəfə Premyer Liqada ayın məşqçisi seçilib
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola fevral ayında İngiltərə Premyer Liqasında ayın baş məşqçisi seçilib.
İdman.Biz xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
Bununla da Qvardiola karyerası ərzində bu mükafatı 12-ci dəfə qazanıb. O, sözügedən mükafatı ən çox qazanan üçüncü mütəxəssis olub.
Qvardiola hazırda “Everton”a rəhbərlik edən Devid Moyesi (11 dəfə) keçib. “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson (27 dəfə) birinci yerdə qərarlaşıb. “Arsenal”da işləmiş Arsen Venger (15 dəfə) ikincidir.
Ötən ay Premyer Liqada 5 matç keçirən “Mançester Siti” 4 dəfə qalib gəlib, 1 dəfə heç-heçə edib.
Bu mövzuda digər xəbərlər:Qvardiola Premyer Liqada ayın məşqçisi seçildi
08 May 2026 19:32
Qvardiola Premyer Liqada Ferqyusonun rekordunu geridə qoydu
15 Dekabr 2025 09:12
Premyer Liqada ayın məşqçisi müəyyənləşdi
09 May 2025 19:30
Premyer Liqada ayın məşqçisi bilindi
03 Aprel 2026 17:59
Pep Qvardiola Premyer Liqada tarixi rekorda imza atıb
06 Oktyabr 2025 10:41
Baxış sayı:146
Bu xəbər 13 Mart 2026 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















