Icma.az
close
up
RU
“Premyer Liqada yerimizi qorumalıyıq”

“Premyer Liqada yerimizi qorumalıyıq”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Kəpəz”in futbolçusu İlkin Qırtımovun müsahibəsi “Futbolpress.az“a müsahibəsi:

– “Neftçi” üzərində qələbədən sonra “Sumqayıt”la oyuna hazırlıq necə gedir?

– Qələbə komandaya əlavə motivasiya verib. Biz bütün matçlara maksimum nəticə üçün çıxırıq. Çempionatda vəziyyət elədir ki, bir oyun uduzub turnir cədvəlinin lap aşağı pilləsinə düşə və ya bir qələbə qazanıb daha yuxarı keçid edə bilərsən. Odur ki, məsuliyyəti yaxşı başa düşürük. “Sumqayıt”la görüşə də hazırlığımız yaxşı gedir, tam ciddi şəkildə bu oyuna köklənmişik. Vacib matça çıxacağıq.

– “Kəpəz” 3-cü dövrədə daha yaxşı oynayır, xallar qazanır. Komanda elitada yerini qoruya biləcək?

– Hamılıqla bütün istəyimiz budur. Bu hədəf üçün azarkeşlərlə birlikdə irəliləyirik. Sağolsun klub rəhbərliyi, İlqar Nadiri və baş məşqçimiz Azər Bağırov. Daim bizə dəstək olurlar. Bizim üçün bütün şərait yaradılıb. Əziyyətimizi dəyərləndirirlər, hər zaman arxamızdadılar. Bilirik ki, kluba sponsor da gəlir, hər şey daha da yaxşı olacaq. Mehriban kollektivimiz var. Bu da nəticələrə kömək edir. Biz mütləq şəkildə Premyer Liqada yerimizi qorumalıyıq. Çünki gələn mövsümdən yeni stadionda oynayacağıq. Azarkeşlər də çox istəklidilər.

– Bir təcrübəli futbolçu kimi çempionatdakı mübarizə barədə nə deyə bilərsən?

– Premyer Liqada gərgin mübarizə var, turdan-tura bu, daha da qabarıq şəkildə hiss olunur. Həm mükafatlar uğrunda oynayan, həm də elita qalmaq üçün yarışan komandalar arasında böyük rəqabəti izləyirik. Bəzən deyirlər ki, gözlənilməz nəticələr qeydə alınır. Əslində turnir cədvəlində aşağı yerlərdə olan komandaların iddialılardan xal alması sürpriz kimi qəbul olmamalıdı. Hər klubun özünə görə qarşısına qoyduğu məqsəd var və buna doğru çalışır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 Mart 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri