Icma.az
close
up
RU
Premyer Liqadan düşmək barədə fikirləşmirik, çünki yaxşı komandayıq MÜSAHİBƏ

Premyer Liqadan düşmək barədə fikirləşmirik, çünki yaxşı komandayıq MÜSAHİBƏ

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Səbail"in kapitanı Rüfət Abdullazadə Sportal.az saytına müsahibə verib.

- “Səbail” ölkə kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan"a qalib gəlməyi bacardı. Amma bu heç də asan alınmadı. Matçın sizin üçün bu qədər çətin alınmasının səbəbi nə idi?

Oyunun çətin keçməsi özümüzdən asılı oldu. Sadəcə tez qol vurmalı idik. Birinci hissədə mənim özümün də bir neçə qol şansım var idi. Amma dəyərləndirə bilmədim. Erkən qol vursaydıq, matç bizim üçün daha rahat keçəcəkdi. Lakin şükürlər olsun ki, növbəti mərhələyə adlamağı bacardıq. Bu da bizi çox sevindirdi.

- “Səbail"in növbəti turdakı rəqibi ya "Qəbələ", ya da "Qarabağ" olacaqdı. Məlum oldu ki, 1/4 finalda Ağdam təmsilçisi ilə qarşılaşacaqsız. Yəqin ki, "Qəbələ"nin düşməsini daha çox istəyərdin?

Bu sualın cavabını bilirsiniz(gülür). Amma rəqibimiz hansı komanda olursa-olsun, bizim işimiz ona görə hazırlaşıb oyunumuzu oynamaqdır. Həmin matça qədər vaxt var. Oyun yaxınlaşanda, biz ən yaxşısını edəcəyik.

- “Səbail”in Premyer Liqada işləri heç də yaxşı getmir. Bu dönəmdə kubokdakı uğurlu nəticə çempionat matçları öncəsi də sizə yüksək motivasiya verəcək?

Elədir. “Qaradağ-Lökbatan”la matçdan sonra da elə bu haqda danışırdıq. Bir-birimizə dedik ki, görüş bizim üçün motivasiyadır. İstənilən rəqibə qarşı hər qələbə ruh yüksəkliyi qazandırır. Ümid edirəm ki, qələbəmizin ardını çempionat matçlarında da gətirəcəyik.

- "Səbail" hazırda turnir cədvəlində sonuncu pilləsindədir. Necə düşünürsən, vəziyyəti düzəltmək mümkün olacaq? Yəqin ki, ikiqat gərginlik hiss edirsiz...? Liqadan düşmək təhlükəsini hiss edirsiz, yoxsa buna fikir vermirsiz?

Gərginliyin olması normaldır. Çempionat özü çox gərgin keçir. Əslində, bir pillə yuxarıda olanda da gərginlik var idi. Premyer Liqadan düşmək barədə fikirləşmirik. Çünki yaxşı komandayıq. Çempionatı yaxşı yerlərdə bitirmək üçün komandamızın potensialı var. Mübarizəmiz davam edir. Qarşıda oyunlar çoxdur. Çalışacağıq ki, hər şey daha yaxşı olsun.

- Ümumiyyətlə, Cavid Hüseynovun gəlişindən sonra komandada dəyişən nəsə oldu? 

Cavid müəllimin öz oyun fəlsəfəsi var. Bunu da məşqlərdə, iclaslarda bizə göstərir ki, daha aydın olsun. Bu bir az vaxt alacaq. Belə olması da normaldır. Amma oyundan-oyuna artıq daha yaxşı olacağıq. “Sabah”la oyunu çıxsaq, “Qarabağ”a qarşı pis matç keçirmədik. Məncə, artıq komandamız taktiki gedişlər uyğunlaşır. İnanıram ki, daha da yaxşı olacaq. 

- Bu mövsüm adından daha çox söz etdirən oyunçulardan biri sənsən. Qışda sənin daha güclü kluba keçməyin realdır, yoxsa bu dövrdə "Səbail"i qoyub getmək istəməyəcəksən?

Gələcək barədə danışmaq istəmirəm. Mənim işim meydanda olduğum müddətdə komandama kömək etməkdir. Qarşıda bizi çox və vacib oyunlar gözləyir. Həmin görüşlərə fokuslanırıq. 

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sportal.az
archiveBu xəbər 05 Dekabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri