Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Rüfət Abdullazadə: Premyer Liqadan düşmək barədə fikirləşmirik İdman və Biz

Rüfət Abdullazadə: Premyer Liqadan düşmək barədə fikirləşmirik İdman və Biz

Icma.az, Idman.biz saytına istinadən bildirir.

"Səbail"in kapitanı Rüfət Abdullazadə Sportal.az saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, o, kubokun 1/8 finalında qazanılan qələbənin komandaya əlavə motivasiya verəcəyini bildirib.

- "Səbail" ölkə kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan"a qalib gəlməyi bacardı. Amma bu heç də asan alınmadı. Matçın sizin üçün bu qədər çətin alınmasının səbəbi nə idi?

- Oyunun çətin keçməsi özümüzdən asılı oldu. Sadəcə tez qol vurmalı idik. Birinci hissədə mənim özümün də bir neçə qol şansım var idi. Amma dəyərləndirə bilmədim. Erkən qol vursaydıq, matç bizim üçün daha rahat keçəcəkdi. Lakin şükürlər olsun ki, növbəti mərhələyə adlamağı bacardıq. Bu da bizi çox sevindirdi.

- "Səbail"in növbəti turdakı rəqibi ya "Qəbələ", ya da "Qarabağ" olacaqdı. Məlum oldu ki, 1/4 finalda Ağdam təmsilçisi ilə qarşılaşacaqsız. Yəqin ki, "Qəbələ"nin düşməsini daha çox istəyərdin?

- Bu sualın cavabını bilirsiniz (gülür). Amma rəqibimiz hansı komanda olursa-olsun, bizim işimiz ona görə hazırlaşıb oyunumuzu oynamaqdır. Həmin matça qədər vaxt var. Oyun yaxınlaşanda, biz ən yaxşısını edəcəyik.

- "Səbail"in Premyer Liqada işləri heç də yaxşı getmir. Bu dönəmdə kubokdakı uğurlu nəticə çempionat matçları öncəsi də sizə yüksək motivasiya verəcək?

- Elədir. "Qaradağ-Lökbatan"la matçdan sonra da elə bu haqda danışırdıq. Bir-birimizə dedik ki, görüş bizim üçün motivasiyadır. İstənilən rəqibə qarşı hər qələbə ruh yüksəkliyi qazandırır. Ümid edirəm ki, qələbəmizin ardını çempionat matçlarında da gətirəcəyik.

- "Səbail" hazırda turnir cədvəlində sonuncu pilləsindədir. Necə düşünürsən, vəziyyəti düzəltmək mümkün olacaq? Yəqin ki, ikiqat gərginlik hiss edirsiz...? Liqadan düşmək təhlükəsini hiss edirsiz, yoxsa buna fikir vermirsiz?

- Gərginliyin olması normaldır. Çempionat özü çox gərgin keçir. Əslində, bir pillə yuxarıda olanda da gərginlik var idi. Premyer Liqadan düşmək barədə fikirləşmirik. Çünki yaxşı komandayıq. Çempionatı yaxşı yerlərdə bitirmək üçün komandamızın potensialı var. Mübarizəmiz davam edir. Qarşıda oyunlar çoxdur. Çalışacağıq ki, hər şey daha yaxşı olsun.

- Ümumiyyətlə, Cavid Hüseynovun gəlişindən sonra komandada dəyişən nəsə oldu?

- Cavid müəllimin öz oyun fəlsəfəsi var. Bunu da məşqlərdə, iclaslarda bizə göstərir ki, daha aydın olsun. Bu bir az vaxt alacaq. Belə olması da normaldır. Amma oyundan-oyuna artıq daha yaxşı olacağıq. "Sabah"la oyunu çıxsaq, "Qarabağ"a qarşı pis matç keçirmədik. Məncə, artıq komandamız taktiki gedişlər uyğunlaşır. İnanıram ki, daha da yaxşı olacaq.

- Bu mövsüm adından daha çox söz etdirən oyunçulardan biri sənsən. Qışda sənin daha güclü kluba keçməyin realdır, yoxsa bu dövrdə "Səbail"i qoyub getmək istəməyəcəksən?

- Gələcək barədə danışmaq istəmirəm. Mənim işim meydanda olduğum müddətdə komandama kömək etməkdir. Qarşıda bizi çox və vacib oyunlar gözləyir. Həmin görüşlərə fokuslanırıq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Dekabr 2024 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri