Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Premyer Liqamızda diqqət çəkən gənclər nə vəd edir? U 21 millisinin baş məşqçisi danışır

Premyer Liqamızda diqqət çəkən gənclər nə vəd edir? U 21 millisinin baş məşqçisi danışır

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

1-ci hissə

Misli Premyer Liqasında 2024/25 mövsümü başa çatdı. 36 turun matçları həm də rəngarəng məqamlarla diqqət çəkdi. 2024/25 mövsümü ərzində Premyer Liqa komandalarının heyətində yeni adlarla qarşılaşdıq. Söhbət azərbaycanlı gənc futbolçulardan gedir. 

Azərbaycan futbolunda ciddi oyunçu çatışmazlığını nəzərə alsaq, gənc futbolçuların Premyer Liqada debütünü, oyun şansı almağını görmək əlbəttə ki, futbol ictimaiyyətini sevindirir. 

Bugünkü mövzumuz da Misli Premyer Liqasının 2024/25 mövsümündə Premyer Liqada üzə çıxan gənclərimizə həsr olunub. 

Həmsöhbətimiz - Azərbaycan U-21 millisinin və "Şamaxı" Futbol Klubunun baş məşqçisi Ayxan Abbasov mövzu haqda fikirlərini bölüşüb.

O, əvvəlcə Premyer Liqada debüt edən, öz oyunu ilə diqqəti üzərinə çəkən futbolçuların adlarını sadalayıb: "Başa çatan mövsümdə Premyer Liqada xeyli futbolçu debüt etdi, üzə çıxdı. "Sabah"dan Xəyal Əliyevi qeyd edim. Həqiqətən də zədə almadı və çox gözəl oyun göstərdi. "Neftçi"dən Ağadadaş Salyanski və Murad Məmmədovun adını çəkə bilərəm. Murad az şans qazansa da, yaxşı çıxış etdi. Ağadadaş isə rəqabətdə üstün olurdu. O, bir çox legioner futbolçudan yaxşı oynayırdı. 15 yaşlı Amin Rzayev də "Qarabağ"da debüt etdi. O, həm də Premyer Liqada mövsümün ən gənc futbolçusu oldu.  "Səbail"də Emin Rüstəmov və Oruc Məmmədova şans verildi. Bu da yaxşı idi. Sadiq Şəfiyev "Kəpəz"in heyətində oynadı. Bilirsiniz ki, "Şamaxı"da Edqar Adilxanov, Rauf Rüstəmli, Rüfət Abbasov daim meydana çıxırdılar. Bundan əlavə, "Sumqayıt"nın heyətindən Xəyal Fərzullayev, Nadir Orucov, Nihat Əhmədzadə və Sənan Muradlını qeyd etməsəm, olmaz. Onlar Premyer Liqada çox oyunda iştirak etdilər".

Mütəxəssis bu tendensiyanın sevindirici olduğunu vurğulayıb: "Belə məqamlar bizi sevindirir. Klublarımızın gənc futbolçulara inanmağı yaxşıdır. İstərdik ki, bu daimi olsun. Amma gənclər də öz üzərlərində işləməlidirlər. Çox çalışmalıdırlar".

A.Abbasov qeyd edib ki, klublar öz akademiyalarının üzərində işləsələr, daha çox gənc futbolçu üzə çıxacaq: "İlk növbədə gənclərə inanmaq lazımdır. Futbol akademiyalarına diqqət ayırmaq vacibdir. Ümumiyyətlə, gənclərə yanaşmanı dəyişməliyik. Əlbəttə ki, burada şərait də önəmlidir. Bu gün akademiyalarda şərait nə qədər yaxşı olsa, bir o qədər çox gənc futbolçu üzə çıxacaq. Aşağı yaş qruplarından ibarət komandaların, gənclərin beynəlxalq türnirlərdə iştirakı vacibdir. Bizim futbolçularımızın beynəlxalq təcrübəsi çatmır. Futbolçularımız nə qədər çox beynəlxalq yarışlara gedərlərsə, milliyə də o qədər fayda verəcəklər. Həm də klublarının özünün də beynəlxalq təcrübəsi əhəmiyyətlidir. Klublar bunun üzərində iş görməlidirlər".

O, sonda vurğulayıb ki, perspektivli gənc futbolçularla xüsusi məşğul olmaq lazımdır: "Əlbəttə ki, bəzi gənclərə individual yanaşmaq lazımdır. Çünki perspektivli futbolçuların da çatışmazlığı olur. Aydındır ki, milli komandada onlarla işləmək olmur. Amma klubda xüsusi yanaşsaq, həmin futbolçular daha tez üzə çıxacaqlar, daha yaxşı inkişaf edəcəklər. Ona görə də ən əsası, klublar gənclərə diqqət ayırmalıdırlar".

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://qol.az
archiveBu xəbər 31 May 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri