Premyer Liqanın ən yaxşı “qonaqlar”ı
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasında mövsümün yekununa bir tur qalıb.
“Futbolpress.az“ın məlumatına görə, autsayderə “Səbail” cari mövsümdə səfər oyunlarında yalnız bir qələbə ilə başa vurub. “Dənizçilər” qonaq olduğu 18 matçda 12 dəfə uduzub, 5 heç-heçə edib. Komanda səfərdə cəmi 8 xal toplayıb.
35 turdan sonra səfərdə ən çox qələbəsi olan “Qarabağ”dır. Çempion 12 görüşdə 3 xal qazanıb. Bu göstəricidə ikinci olan “Zirə” son turda “Araz-Naxçıvan”a qalib gəlsə, “Qarabağ”la səfər qələbələrinin sayını bərabərləşdirəcək. Buna baxmayaraq, “Qarabağ” səfərdə 1 məğlubiyyət, 4 heç-heçə ilə oynayıbsa, “Zirə”də bu 2 heç-heçə, 4 məğlubiyyətdir.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin son səfəri “Araz-Naxçıvan”la görüşə təsadüf edəcək. İki komanda da bu mövsüm qarşıya qoyulan hədəflərə çatıb – mükafatçı olmaq və avrokuboklara vəsiqə qazanıb. Bu baxımdan tərəflərin oyununda hansısa komandanın daha çox güc sərf edib, qələbəyə can atacağı qeyri-müəyyəndir. Mövsümün sonu ərəfəsində “çamodan” atmosferində olan legionerləri də oyuna kökləməyin öz çətinlikləri var.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 09 İyun 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















