Icma.az
close
up
RU
Premyer Liqanın qapısını döyənlər: “İmişli” və “Karvan” nə istəyir?

Premyer Liqanın qapısını döyənlər: “İmişli” və “Karvan” nə istəyir?

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Bu həftə Misli Premyer Liqasının daha iki iştirakçısının adı bəlli ola bilər.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionatının elitasına iki vəsiqə I Liqanın XXII turunda sahibini tapmağa yaxındır.

“İmişli” və “Karvan” artıq Premyer Liqanın qapısını döyür. İlk “üçlük”də qərarlaşan bölgə təmsilçiləri I Liqanın lideri “Qəbələ”nin ardından yüksək dəstə vəzifəsini qarşıdakı görüşdə həll edə bilər.

Hazırda İmişlinin eyniadlı klubu 41 xalla ikinci, bir xal geri qalan Yevlax təmsilçisi üçüncü sırada yer alıb. 4-cü pillədəki “Zaqatala”nın isə cəmi 28 xalı var. Üstəlik, sonuncular qələbə sayında da çox geridədir. Finişə isə cəmi 5 tur qalıb.

Qarşıdakı tura aprelin 24-də start veriləcək. “İmişli” və “Karvan” isə ertəsi gün meydana çıxacaqlar.

Premyer Liqaya vəsiqələrdən birinin taleyi Zaqatalada həll oluna bilər. Şəhərin eyniadlı komandası evdə “İmişli”ni qəbul edəcək. Qonaqlar bu oyunda uduzmasa, Premyer Liqaya yüksələcək.

“İmişli” gözlənilən vəsiqəni səfərdə əldə etməyə yaxındırsa, “Karvan” doğma azarkeşlərinə bayram yaşatmaq imkanına malikdir. Yevlaxda "Cəbrayıl”ı qəbul edəcək komandaya bunun üçün qələbə lazımdır. “Karvan” turu 3 xalla başa vursa, 2025/26 mövsümündə Premyer Liqada oynayacaq.

Yevlaxlılara 1 xal da yetərli ola bilər. Amma bunun üçün gərək həm “Zaqatala”, həm də MOİK-lə “Baku Spotrinq” xal itirməlidir. Zaqatala təmsilçisi uduzsa, Bakı klubları qələbə qazanmasa, “Karvan” məğlubiyyətlə də elitaya yüksələcək.

Qeyd edək ki, qarşıdakı turda MOİK “Qəbələ”nin, “Baku Sportinq” isə “Mingəçevir”in qonağı olacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Aprel 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri