Icma.az
close
up
RU
Prezident Administrasiyasında AMİP sədri Arzuxan Əli zadə ilə görüş keçirilib

Prezident Administrasiyasında AMİP sədri Arzuxan Əli zadə ilə görüş keçirilib

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Milli İstiqlal Partiyasının Mətbuat xidmətindən redaksiyamıza verilən məlumata əsasən, AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əli-zadə mayın 20-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən qəbul olunub.
Demokrat.az
xəbər verir ki, keçirilən görüşdə Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər, eləcə də bu uğurların səbəbkarı olan Prezident İlham Əliyevin qətiyyəti nəticəsində davamlı şəkildə həyata keçirilən yeni siyasi konfiqurasiya haqqında fikir mübadiləsi aparıldığını deyən A.Əli-zadə bu görüşlərin partiyanın fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını bildirib.
A.Əli-zadə Azərbaycan Milli İstiqlal Partiyasının Milli Məclisdəki fəaliyyəti və beynəlxalq tədbirlərdə uğurlu iştirakından söhbət açıb, 28 aprel-2 may tarixlərində Xorvatiyada keçirilən Beynəlxalq Demokrat İttifaqının forumunda AMİP-in nümayəndə heyətinin iştirakından bəhs edib. Müxtəlif beynəlxalq təşkilatların, xüsusən Avropa Parlamentinin davamlı şəkildə Azərbaycana qarşı qərəzli mövqeyinə toxunan A.Əli-zadə bu ilin 30 aprel tarixində qəbul edilən qətnaməni beynəlxalq hüquqa, Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribat adlandırıb.
Görüşdə 44 günlük Vətən müharibəsi Zəfərindən və separatist silahlı qüvvələrə qarşı həyata keçirilən antiterror əməliyyatından sonra öz ərazi bütövlüyü və suverenliyini təmin edən Azərbaycanın beynəlxalq aləmdə qalib dövlətə və regional layihələrdə əsas söz sahibinə çevrilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eləcə də hazırda ölkəmizdə yüksək səviyyədə təşkil edilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında dünyanın 182 ölkəsinin təmsil olunmasının Azərbaycanın yüksələn beynəlxalq nüfuzunun əyani göstəricisi olduğu qeyd olunub.
A.Əli-zadə görüşdə Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq və şəhərsalma işlərindən, 5 il ərzində bu ərazilərdə 85 mindən çox vətəndaşımızın yaşaması, təhsil alması və işləməsi üçün şəraitin yaradılmasından və bütün bunların böyük zəhmət, iradə və iqtisadi güc hesabına başa gəlməsindən söz açıldığını deyib və AMİP-in də dövlətin apardığı milli-siyasi birlik və həmrəylik siyasətini dəstəklədiyini, Azərbaycanın güclənməsini istəməyənlərə qarşı barışmaz mövqeyinə daim sadiq qalacağını ifadə edib.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 May 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see642

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see549

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see300

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see277

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see274

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see263

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see263

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see263

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see234

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see232

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see231

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see231

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see231

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see228

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see227

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see226

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see224

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see221

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri