Icma.az
close
up
RU
Prezident Azərbaycanın milli inkişafını müəyyən edən strateji konsepsiyanı təqdim etdi

Prezident Azərbaycanın milli inkişafını müəyyən edən strateji konsepsiyanı təqdim etdi

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) şərəfli yol keçərək yetişdirdiyi görkəmli şəxsiyyətlər, dəyərli elm xadimləri ilə Azərbaycan elminin uğurlu inkişafında əvəzsiz rol oynayıb. Bu işıqlı elm ocağı, eyni zamanda, dünya elminə sanballı töhfələr verməklə Azərbaycanın adını, şöhrətini ucaldıb.

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edən Prezident İlham Əliyev Akademiyanın keçdiyi böyük yola nəzər salaraq elmimizin inkişafında aparıcı rolunu yüksək dəyərləndirdi.

Sovet İttifaqının tərkibində olduğumuz və ideoloji basqıların davam etdiyi mürəkkəb dövrdə Azərbaycan elminin yüksəlişi üçün fədakar əməyini əsirgəməyən Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinə nəzər salındı. Cənab Prezidentin vurğuladığı kimi, ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Həmin dövrdə yüz minlərlə Azərbaycan gənci o vaxt SSRİ-nin aparıcı ali məktəblərinə göndərildi və ölkəmizdə intellektual potensial daha da gücləndi. Milli 10 cildlik Azərbaycan Ensiklopediyası da məhz Heydər Əliyevin təşəbbüsü ilə 1976‒1987-ci illərdə nəşr edilib.

Bu zəngin ənənə müstəqillik illərində də davam etdirildi və on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərində təhsil alaraq peşəkar kadr kimi ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər.

Müstəqilliyin ilk illərində də elmimizə ağır zərbələr vuruldu, hətta AMEA-nın bağlanması təhlükəsi yaranmışdı. Milli dövlətçiliyimizin xilaskarı olan Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra yenidən elmə himayədarlıq bərpa edildi.

Onun Azərbaycan ictimaiyyəti ilə ilk görüşü də məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında oldu. Həmin dövrdə ağır iqtisadi və maliyyə çətinliyi yaşamasına baxmayaraq, ölkəmizin elminə, alimlərimizə maddi dəstək göstərildi. Bu, Azərbaycanın sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin roluna verilən yüksək dəyər, Heydər Əliyevin alimlərə bəslədiyi böyük ehtiramın nümunəsi idi.

Heydər Əliyev deyirdi ki, Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir. Onu qoruyub saxlamalıyıq. Onun elmi dəyərlərə olan xüsusi diqqət və qayğısını layiqincə davam etdirən Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının hərtərəfli inkişafı üçün davamlı dəstək verib.

Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb və nəticədə Akademiyanın maddi-texniki bazası möhkəmləndirilib, islahatlar çərçivəsində idarəetmə strukturları optimallaşdırılıb, elmə aidiyyəti olmayan, Akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar oradan çıxarılıb. Yeni böyük elmi kitabxana, Milli Ensiklopediya üçün yeni bina inşa edilib, elmi-tədqiqat institutları təmir və avadanlıqlarla təchiz olunub. 2009-cu ildə yaradılan Elm Fondu qrantlar çərçivəsində Azərbaycan alimlərinə maddi dəstək olmaqla elmin inkişafına təkan verib. Habelə, Elmin inkişafı üzrə Milli Strategiya sənədinin, “Elm haqqında” qanunun və Dövlət Proqramının qəbul edilməsi elmimizin hərtərəfli inkişafında yeni mərhələ açıb. Bütün bu yüksək nailiyyətlər cənab Prezidentin elmimizi milli inkişafın ayrılmaz tərkib hissəsi kimi görməsinin, gələcək uğurlarda elmtutumlu intibah əsrinə güvənməsinin nəticəsidir.  

Azərbaycan Prezidenti 10 il əvvəl Akademiyanın 70 illik yubileyində alimlər qarşısında çıxış edərkən ölkə qarşısında duran bütün başqa vəzifələrlə yanaşı, elmin inkişafına dəstəyini göstərəcəyini, bütün qazanılan uğurların təməlində həm də elmi inkişafın dayandığını xatırlatmışdı. 10 il ərzində dünyada və Azərbaycanda köklü dəyişikliklər baş vermiş, dövlətimiz üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan Zəfərin beşinci ildönümünü qeyd etməyə hazırlaşır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi sayəsində qazanılmış Zəfər, eyni zamanda, Azərbaycanı regionda yeni reallıqların müəllifinə çevirib və yeni bərpa-inkişaf prioritetləri meydana çıxıb. Bu prioritetlərin həyata keçirilməsində elmi ictimaiyyətin də üzərinə böyük məsuliyyət və vəzifələr düşür. Çünki qüdrətli dövlətin müasir milli inkişaf modelinin təməlində təbii resursların səmərəli istifadəsi sayəsində formalaşmış insan kapitalı, yeni sənaye cəmiyyəti, innovasiya və texnologiya arxitekturası dayanır. Prezident İlham Əliyev alimlər qarşısında çox aydın tərzdə AMEA-nın həmin milli prioritetlərə söykənərək öz yol xəritələrini müəyyənləşdirmələrini tövsiyə etdi.

Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və öz addımlarını dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmağı, bir çox təşəbbüslər irəli sürməyi, inkişaf trendlərindən bir addım belə geridə qalmamağı vacib sayır. Dövlətimiz əvəzolunmaz idarəetmə istedadı, mükəmməl zəkası olan Liderinin rəhbərliyi ilə qlobal mühitə sürətlə inteqrasiya olunaraq yüksək texnologiyalar, kosmik sənaye, informasiya-kommunikasiya texnologiyaları, süni zəka, startaplar və ən qabaqcıl innovasiya modelləri yaradır, regionda nümunəvi ekosistem qurur, həmin sahələrin elmtutumlu xüsusi layihə və proqramlarını icra edir, inkişafın gələcək istiqamətlərini müəyyənləşdirir.

Hazırda Azərbaycan iqtisadiyyatının aparıcı təkanverici qüvvəsi olan qeyri-neft sektorunda yeni nəsil texnoloji innovasiyalara meydan açılıb. Ölkənin inkişafını XXI əsrin üçüncü onilliyi də daxil olmağa hazırlaşdığımız dördüncü onilliyin əsas şüarı olan intellektual mülkiyyət diktə edir. Təbii resurslar tükənəndir, intellektual potensial, texnoloji inkişaf isə dayanıqlıdır, davamlıdır.

Ortamüddətli dövrün inkişaf vizyonu olan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasının ana hədəfləri bəllidir: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməkdir.

Azərbaycan məhz bu çağırışları ümdə vəzifə hesab edərək texnoloji inkişafa, intellektual potensiala çoxhəcmli sərmayələr qoyur, təbii resurslardan əldə etdiyi vəsaiti insan kapitalına yönəldir, gələcək inkişafının ayrılmaz hissəsi kimi gördüyü süni intellektin inkişafı üçün bütün lazımi addımları atır. Bu texnoloji tədqiqlərdə və inkişaflarda alimlərin də fəal iştirakını gözləyir. Çünki bu çağırışları həm də icra edəcək şəxslər intellektual ordu hesab edilən alimlərdir, o cümlədən AMEA-nın innovasiya bazasıdır. Akademiyasının süni intellekt‒texnoloji inqilab‒sənaye intibahı zəncirlərinə transformasiyası və qarşılıqlı fəaliyyəti, vəhdəti təmin olunduqda texnoloji tərəqqinin sürəti ilə ayaqlaşmaq daha rəvan və uğurlu olacaq.

Eləcə də, Azərbaycanda sürətlə inkişaf edən kosmik və hərbi sənayenin artan tələbatları nəzərə alınmaqla qlobal rəqabət sektorunda ölkəmizin nüfuzunu daha da artırmaq, ən son hərbi sənaye innovasiyaları çeşidlərini tədarük etmək üçün dövlət‒özəl sektor‒elm üçbucağı da formalaşmalıdır.

Dəyişən dünyada kibertəhlükəsizlik amili də dövlətlərin milli təhlükəsizlik konsepsiyasında artıq ön plana çıxıb. Azərbaycan bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyir və özünü maksimum dərəcədə qoruya bilir. Eyni zamanda, Azərbaycana qarşı edilən kiberhücumların daha etibarlı müdafiəsi və həmin aktorların müəyyən edilərək onlara layiqli cavabın verilməsi üçün əlavə addımlara ehtiyac var və bu məsələdə Azərbaycan alimlərinin üzərinə mühüm vəzifələr düşür. Dövlət qurumları ilə qarşılıqlı birgə fəaliyyət planının olması daha güclü kibermüdafiə səddi formalaşdıra bilər.

Azərbaycanın elmi elitası həm də mili kimliyimizin təminatçısıdır, azərbaycançılığın, milli-ideoloji kursun, mədəni intibahın, ana dilinin qoruyucusudur. Cənab Prezidentin Azərbaycan dilinin zənginliyinə, saflığına xüsusi diqqət çəkməsi də təsadüfi deyildi. 50 milyondan çox insanın milli birlik və həmrəyliyinin, mənsubiyyətinin simvolu və mili sərvətimiz, qürur mənbəyi olan Azərbaycan dilinin qorunmasında da elm adamlarının üzərinə böyük yük düşür. Milli strateji düşüncənin gücləndirilməsinə, ana dilimizin zənginləşməsinə onların verdiyi töhfələr əvəzedilməzdir.

Bir sözlə, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi dəyərli fikirlər Azərbaycanın gələcək milli inkişafını müəyyən edən strateji konsepsiyanın yeni hədəf istiqamətləri kimi qiymətləndirilə bilər.

Ramid Namazov

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Noyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri