Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Prezident İlham Əliyev rəqəmsal transformasiyanı Azərbaycanın strateji xətti kimi təqdim etdi DEPUTAT DANIŞDI

Prezident İlham Əliyev rəqəmsal transformasiyanı Azərbaycanın strateji xətti kimi təqdim etdi DEPUTAT DANIŞDI

Icma.az bildirir, Sia Az portalına istinadən.

“Cənab Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, rəqəmsal inkişaf bu gün artıq dövlətlərin gələcəyini müəyyən edən strateji zərurətdir”. Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, möhtərəm Prezidentimiz açıq şəkildə vurğuladı ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar ölkələrin iqtisadi gücünü, idarəetmə imkanlarını və beynəlxalq rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdir:

”Bu yanaşma göstərir ki, Azərbaycanın gələcək inkişafı texnologiya və bilik iqtisadiyyatına uyğun formalaşacaq.

Bu gün dünyada gedən qlobal proseslər bir daha göstərir ki, rəqabət artıq bilik, texnologiya və rəqəmsal imkanlar üzərində qurulur. Azərbaycan bu sahədə artıq mühüm yol qət edib. Ən vacib məqam isə odur ki, cənab Prezident bu sahəni dövlət siyasətinin prioritetləri sırasında birinci yerlərdən birinə yerləşdirib.

Ölkəmizin Asiya ilə Avropa arasında strateji mövqeyi, Şimal–Cənub nəqliyyat dəhlizi üzərində yerləşməsi və son illərdə formalaşdırılan müasir infrastruktur rəqəmsal tranzit və data axınları üçün real üstünlüklər yaradır. Enerji və nəqliyyat sahəsində qazandığımız beynəlxalq təcrübə, transmilli şirkətlərlə qurduğumuz etibarlı tərəfdaşlıq əlaqələri bu gün rəqəmsal sahədə də öz sözünü deməyə imkan verir.

Son 20 ildə enerji generasiya gücümüz təxminən iki dəfə artaraq 10 min meqavata çatdırılıb, mövcud ehtiyat güclərin olması isə data mərkəzlərinin yaradılması üçün möhkəm baza yaradır. Azərbaycan bu gün özünü bütün əsas enerji mənbələri ilə təmin edən və eyni zamanda ixrac edən nadir ölkələrdəndir. Bərpaolunan enerji layihələri isə bu imkanları daha da genişləndirəcək və ölkəmizi dayanıqlı rəqəmsal transformasiya üçün möhkəm təchiz edəcək.

Azərbaycanın ABŞ, Avropa İttifaqına üzv ölkələr və Çin Xalq Respublikası ilə qurduğu strateji tərəfdaşlıq formatları ölkəmizə rəqəmsal transformasiya prosesində geniş əməkdaşlıq imkanları yaradır. Qlobal maliyyə fondları ilə mövcud əlaqələr və Dövlət Neft Fondunun beynəlxalq təcrübəsi də bu istiqamətdə əlavə üstünlüklərdir.

Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin vurğuladığı əsas prinsip ondan ibarətdir ki, bu proses vahid koordinasiya əsasında həyata keçirilməlidir. Dövlət qurumları arasında sıx əməkdaşlıq təmin olunmalı, hər bir qurumda rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslər müəyyənləşdirilməlidir. Dövlət xidmətlərinin “myGov” platforması üzərindən vahid mərkəzdən təqdim olunması idarəetmədə səmərəliliyi artırmaqla yanaşı, vətəndaş məmnuniyyətini də yüksəldəcək.

Bu baxımdan qeyd etmək istərdim ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin son illər ərzində apardığı ardıcıl və sistemli iş ölkədə rəqəmsallaşma prosesinin institusional əsaslarının möhkəmlənməsinə real töhfə verib.

Hesab edirəm ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin bu sahəni birbaşa nəzarətə götürməsi həm daxili dövlət qurumlarına, həm də beynəlxalq tərəfdaşlara aydın mesajdır: Azərbaycan rəqəmsal transformasiyanı öz strateji inkişaf xətti kimi müəyyən edib.

Bu proses ölkəmizin uzunmüddətli, dayanıqlı və rəqabətqabiliyyətli inkişafının möhkəm təməlidir. Azərbaycan həm texnologiya, həm iqtisadi imkan, həm də idarəetmə sahəsində qlobal trendlərə inteqrasiya olunaraq gələcək nəsillər üçün yeni imkanlar yaradacaq.

Rəqəmsal transformasiya Azərbaycanın strateji mövqeyini gücləndirən, dövlət idarəçiliyini təkmilləşdirən və vətəndaşlarımızın həyat keyfiyyətini yüksəldən əsas amildir. Biz bu yolda qətiyyətlə irəliləyirik və Azərbaycanı rəqəmsal liderliyə doğru aparırıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Fevral 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see404

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see324

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see303

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see302

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see299

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see291

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see280

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see277

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see273

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see259

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see255

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see251

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see237

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see232

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see216

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see212

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see195

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see185

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see176

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri