Prezident: Biz Bakının tarixi memarlıq ansamblını dəyişdirə bilmərik
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Biz Bakının tarixi memarlıq ansamblını dəyişdirə bilmərik. Yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi bir çıxış yolu ola bilər. Bu istiqamət üzrə bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq mütəxəssisləri cəlb etməklə fəal işləyir.
BAKU.WS xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Bakının yeni yol infrastrukturunun xəritəsi təsdiqlənib, 10 yeni metro stansiyasının yeri müəyyən olunub, əlavə iki depo da tikiləcək.
Mövcud metro stansiyalarında optimallaşma layihələri icra edilir. "Son 20 il ərzində yeddi metro stansiyası tikilib.
Əgər onlar tikilməsəydi, görün, indi vəziyyət necə olacaqdı?", - deyən Prezident İlham Əliyev bildirib ki, mikromobillik, piyadalar üçün daha geniş məkanın verilməsi və bəzi küçələrin ancaq piyadalar üçün təşkili prosesi davam edir və yaxın aylarda ictimaiyyət bunu görəcək. Eyni zamanda, Bakıda yeni ictimai yerlərin yaradılması çox geniş vüsət alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 05 Yanvar 2026 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















