Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Trampın prezident seçilməsi, Bakının gözləntiləri Şərh

Trampın prezident seçilməsi, Bakının gözləntiləri Şərh

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


"ABŞ-də keçirilən prezident seçkilərindən sonra qlobal və regional proseslərdə ciddi dəyişikliklərin olacağı barədə sürəkli polemikalara start verilib. Co Baydeni prezident postunda əvəz edəcək respublikaçıların namizədi Donald Trampın hansı siyasi kursu yürüdəcəyinə həm okeanın o tayında, həm də Avropada böyük həssaslıq hiss olunur".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Əlibala Məhərrəmzadə deyib.

Deputat bildirib ki, Ağ Evin yanvar ayında səlahiyyətlərinin icrasına başlayacaq yeni sahibinin Cənubi Qafqaz hadisələrinə münasibəti isə Azərbaycan ictimaiyyəti üçün daha çox maraq kəsb edir:

"Prezident İlham Əliyevin Birləşmiş Ştatların yeni prezidentinə seçkilərdə qazandığı qələbə münasibətilə ünvanladığı təbrik məktubunda Azərbaycan-ABŞ əlaqələrinin prioritet hədəflərinə tam aydınlıq gətirilir. 

İlk növbədə, bu gün Bakı və Vaşinqton qlobal çağırışlar və terrorizmə qarşı mübarizə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyət göstərir. İkincisi, Azərbaycan və ABŞ ikitərəfli tərəfdaşlığı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirməkdə maraqlıdırlar. Üçüncüsü, rəsmi Bakı bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək və bu işdə Birləşmiş Ştatların ölkəmizə dəstək olacağına ümid bəsləyir. 

Şübhəsiz, Azərbaycan ictimaiyyəti Co Baydenin dövründə xeyli dərəcədə gərginləşmiş münasibətlərin regional əməkdaşlıq və geosiyasi maraqlar prizmasından bərpasını gözləyir. Xüsusilə, demokratlar hakimiyyətinin Cənubi Qafqazda davamlı sülhün təmini məsələsində oynadığı neqativ rolun qısa müddətdə pozitivlə əvəzlənməsinə ciddi ehtiyac var. 

- Ermənistanın militarizasiyası, 
- ABŞ-Ermənistan hərbi təlimləri və Fransa, Hindistan və daha bir neçə ölkədən Ermənistana göndərilən öldürücü silahlar, habelə, 
- Avropa İttifaqı Müşahidə Missiyasının Ermənistan ərazisində mənzillənməsi, 
- Avropa Sülh Fondu və USAİD təşkilatının xətti ilə İrəvana ayrılan maliyyə vəsaiti regionu sözün əsl mənasında, geosiyasi maraqların toqquşma mərkəzi halına gətirib. Ermənistanı hərbi poliqona çevirən beynəlxalq anti-Azərbaycan dairələri isə yekun sülh sazişinin imzalanmasını əngəlləyən əsas fiqurlardır. Bəlli mərkəzlər COP29 Bakı iqlim sammiti zamanı antisülh bəyanatlarını intensiv tirajlamaqla ölkəmizin qlobal imicinə zərbə vurmağa çalışırlar. Ağ Evin yeni administrasiyası və ABŞ Konqresinin hər iki palatasında respublikaçıların üstünlük qazanması isə Birləşmiş Ştatların Bakı ilə münasibətlərində yeni mərhələnin əsasını qoya bilər.

Azərbaycan-ABŞ əməkdaşlığının ikinci mühüm istiqaməti iqtisadi əlaqələrdir. Xüsusilə, ölkəmizin iştirakı ilə reallaşan Orta Dəhliz nəqliyyat marşrutu, eləcə də Cənub Qaz Dəhlizi Birləşmiş Ştatlar və onun Avropa üzrə yaxın müttəfiqlərinin diqqət mərkəzindədir. Ermənistanla danışıqların ən gərgin dövrlərində 907-cü düzəlişin yenidən qüvvəyə mindiyini elan edən ABŞ Dövlət Departamentinin nümayəndələri belə Qərb-Şərq nəqliyyat dəhlizinin məhz Azərbaycan ərazisindən keçməsində maraqlı olduqlarını bildirmişdilər. Enerji kəmərlərinə gəldikdə isə, Ağ Ev Azərbaycanın 2027-ci ilə qədər Avropaya ötürdüyü qazın həcmini 2 dəfə artırmasını məmnunluqla qarşılayır və bu addımı qitənin enerji təhlükəsizliyinin təminində mühüm faktor kimi dəyərləndirir. Doğrudur, Fransa, Niderland, Norveç və bir sıra digər Avropa dövlətləri ölkəmizə qısqanc münasibət bəsləyərək bir ara Azərbaycan qazına ehtiyaclarının olmadığı barədə məsuliyyətsiz bəyanatlar verdilər. Üstəlik, Bakı-Kiyev və Bakı-Moskva münasibətlərinə xələl gətirmək üçün Azərbaycanın qanunsuz olaraq Rusiya qazını satdığına dair dezinformasiyalar yaydılar. Ən sonda məlum qüvvələr Ursula fon Der Layen və bəzi nüfuzlu şəxslərin Bakı iqlim sammitinə gəlməməsini Azərbaycana olan etimadsızlıq kimi dəyərləndirməyə çalışdılar. Bununla belə, ölkəmizin əsas ticarət tərəfdaşı olan Avropa İttifaqı ilə iqtisadi əməkdaşlıq zamanın tələbidir və Bakı və Brüssel bu əməkdaşlığı dərinləşdirmək üçün praktik addımlar atmaqda qərarlı olduqlarını deyirlər.  

Hər bir halda, Azərbaycan Trampın hakimiyyətə gəlişi ilə ABŞ-nin regional münaqişələrlə bağlı strategiyasında rasional dəyişikliklərin olacağına ümid edir. Xüsusilə, sülh sazişinin imzalanması məsələsinə praqmatik yanaşma Ermənistanı yeni avantüralara sürükləyən Fransa və digər dövlətlərin hərbi eskalasiyaya xidmət edən planlarına ciddi zərbə olacaq".

Tramp hakimiyyəti dövründə Üçüncü Dünya Müharibəsinin gözləntiləri ilə bağlı məsələyə aydınlıq gətirən deputat bildirib ki, Donald Trampın Üçüncü Dünya Müharibəsinə yol verməyəcəyi və “mən müharibələrə başlamayacağam, müharibələri dayandıracağam” tipli mesajlarını təhlil edən nüfuzlu beyin mərkəzləri bunun özünü ilk növbədə, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərq münaqişəsinə münasibətdə büruzə verəcəyini deyirlər: "Artıq Avropanın bəzi lider ölkələri, daha çox Fransa və Almaniya Tramp Amerikası ilə əlaqələrdə “perezaqruzka”nın qaçılmaz olacağını proqnozlaşdıraraq Ukrayna üçün təhlükə ehtimallarının artdığını bəyan edirlər. Ağ evin yeni sahibinin fəaliyyətə başlaması fonunda Qərbin fiaskoya uğrayacaq planları barədə bunlar deyilir. 

1. Qatı antirus ovqatında olan Polşa hakimiyyəti Ukraynaya vermək üçün artıq silahlarının tükəndiyini bəyan edir; 
2. Slovakiyanın sui-qəsdə uğrayan baş naziri Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün əlindən gələni edəcəyini bildirir;
3. Macarıstan Ukraynaya fasiləsiz maliyyə yardımlarının verilməsinə qarşı bundan sonra da çıxış edəcəyini söyləyir;
4. Gürcüstanda keçirilən parlament seçkilərində Qərb tərəfdarlarının məğlubiyyəti ilə rəsmi Tbilisi Avropa qurumlarına inteqrasiya ilə bağlılığı olmayan milli strateji xəttə keçəcəyini qeyd edir. 

Bu tendensiyalara nəzərən, Qərb çətin ki, Ermənistanı öz şineli altına salmaqla itirdiklərini kompensasiya edə bilsin, çünki hazırda qonşu dövlət nə iqtisadi, nə də geosiyasi anlamda ABŞ və Avropanın istəklərini qarşılamaq gücündə deyil. Co Baydenin irəli sürdüyü “Yeni Marşall planı”na göz dikən Qərb liderləri isə öz cəmiyyətlərində əvvəlki mövqelərini sürətlə itirirlər. Avropa İttifaqı və NATO Donald Trampın ilk prezidentlik dönəmində olduğu kimi, bu dəfə də Ağ evdən yetərli dəstək ala bilməyəcəklərini yəqin etməyə başlayıblar. 

Əslində, Trampın qələbəsindən məyusluq keçirənlərin faktiki, depressiya vəziyyətinə düşməsi Cənubi Qafqazda təhlükəsizliyin daha effektiv təminində impulsiv rol oynaya bilər. COP29 ərəfəsində Azərbaycana qarşı total hücumları artıran, Donald Trampın feyk-nyus adlandırdığı “Vaşinqton Post” və “Nyu-York Tayms”da ölkəmiz əleyhinə qara piar həyata keçirən mərkəzlər yeni mərhələdə bu imkanlardan xeyli məhrum olacaqlarını anlayırlar. Bir sözlə, daha çox anti-Azərbaycan ovqatı ilə tanınan supergüclərin özlərini reabilitasiya etmək şansları faktiki, yoxa çıxır. Çünki, Trampın prezidentliyinə səs verən sadə amerikalılar demokratların istinad etdiyi tezisləri qəbul etmədiklərini göstərdilər. Bayden və Harris cütlüyünün dünya boyu müharibələr və hərbi konfliktləri qızışdırma strategiyası ilə vaxtilə “idarəolunan xaos” adlandırılan vəziyyətin tam nəzarətdən çıxdığı açıq hiss olunur. Bu nöqteyi-nəzərdən, Trampa səs verən sadə amerikalıların istəyi faktiki, Amerika “dərin dövlət”inin maraqları ilə üst-üstə düşür. Beləliklə, Ağ Evin yeni administrasiyası dünyaya, o cümlədən, Cənubi Qafqaza təhlükəsizlik və iqtisadi əməkdaşlıq vəd edir. Azərbaycan dövləti isə bu təşəbbüslərin əsas dəstəkvericiləri sırasında yer alır".

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Noyabr 2024 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri