Prezident bunu hər bir vətəndaşın qarşısında vəzifə kimi qoyub
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
“Dilimizin qoruması və inkişafı istiqamətində qəbul edilən qərar və proqramlar dövlət siyasətinin əsasında dayanır. Dilimizin inkişafı və onun toplumdakı nüfuzunun artırılması isə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin ayrılmaz hissəsidir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər, konfrans”ında çıxışı zamanı deyib.
“Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969–1982-ci illərdə milli tarix və mədəniyyətimizin inkişafı istiqamətində mühüm addımlar atıldı. Xalqın mənəvi dəyərlərinin, xüsusilə də ana dilinin qorunması və möhkəmləndirilməsi üçün əsaslı işlər görüldü. Məhz bu siyasətin nəticəsi olaraq, 1978-ci ildə Azərbaycan Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi.
1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən yeni Konstitusiyada Azərbaycan dilinin dövlət dili statusu bir daha təsdiqləndi və bu, dil siyasətimizin möhkəm hüquqi əsaslarını formalaşdırdı. Bununla yanaşı, dilimizin idarəetmə, təhsil, elm və informasiya sahəsində geniş tətbiqi üçün mühüm institusional addımlar atıldı.
Bu gün də Ulu Öndərin müəyyən etdiyi dövlət dili siyasəti Azərbaycanın müstəqillik ideyalarının mühüm dayağı kimi həyata keçirilməkdədir. Azərbaycan dilinin qorunması, ədəbi dil normalarının təkmilləşdirilməsi və dilin müasir texnoloji mühitə inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Bu istiqamətdə bir sıra mühüm qərarlar qəbul edilib. Prezident İlham Əliyevin AMEA-nın yubiley tədbirində vurğuladı ki, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın vəzifəsi olmalıdır. Bu proseslərin həyata keçirilməsinə parlamentin böyük dəstəyi var”, – S.Qafarova qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 08 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















