Icma.az
close
up
RU
Prezident çıxışı ilə dünyaya yeni mesajlar vermişdir MÜNASİBƏT BİLDİRİLDİ

Prezident çıxışı ilə dünyaya yeni mesajlar vermişdir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Davosda Çinin telekanalına verdiği müsahibə, əlbəttə ki, dünyada çok büyük əks-səda yaradıb. Bu təsadüf deyil. Çünki Davosda dünyanın aparıcı dövlətlərinin bir neçə rəhbəri ilə, ictimai-siyasi xadimlərlə, böyük şirkətlərin başçıları ilə görüşlər keçirilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Rzayev deyib.

O bildirib ki, cənab Prezident bu görüşldə ölkəmizin milli maraqları mövqeyindən çıxış edərək son illərdə əldə olunmuş nailiyyətlərdən və gələcək perspektivlərdən geniş söhbət açmışdır: "Bu dəfə də jurnalist Azərbaycanın hansı uğurlara imza atması barədə Prezidentə suallarını ünvanlamışdır. Ölkəmizin rəhbəri son illərin uğurlarını dilə gətirərkən ilk növbədə düşmən üzərində tarixi qələbəmizi qeyd etmiş və bildirmişdir ki, son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu. Azerbaycan Prezidenti bu qələbənin əldə olunmasına qədər Azərbaycanın keçdiyi tarixi yola ekskursiya etmiş və göstərmişdir ki, otuz il torpaqlarımız düşmən tapdağı altında olmuş, BMT Təhlükəsizlik Şurasının, beynəlxalq təşkilatların qətnamələrinin qərarlarının olmasına baxmayaraq düşmən Azərbaycan torpaqlarından əl çəkməmiş və öz təcavüzkarlıq əməlllərini uzun illər dəvam etdirmişdir.

Sözsüz, qələbənin ən mühüm nailiyyət adlandırılması və ərazi bütövlünün, suverenliyimizin tam təmin olunması bir reallıqdır, qürur hissi doğurur. Ölkəmizin rəhbəri digər sualları da ətraflı cavablandırmışdır. Ölkənin iqtisadi inkişafı haqqında müxbirlərin suallarına mükəmməl cavablar vermişdir. O bildirmişdir ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf edən bir ölkədir. Bu gün bu inkişafı daha da genişləndirmək üçün dünya ölkələri ilə əlaqələrin qurulması, genişləndirilməsi böyük önəm daşıyır. Azərbaycanın Cənubi Qafqazda etibarlı mövqe tutmasını Prezident müxbirin nəzərinə çatdırmışdır. Qeyd olmuşdur ki, Azərbaycan öz milli maraqlarını müdafiə edən və dünya ölkələri ilə yaxşı əlaqələr quran bir ölkə kimi bu gün numunə göstərilir. Bu, bir reallıqdır.

Cənab Prezident fəaliyyət göstərdiyi bütün illərdə dünya ölkələri ilə əməkdaşlıq qurur, sülhün, əmin-amanlığın, demokratiyanın genişləndirilməsinə böyük dəstək verir və bu yolda səylərini əsirgəmir. Azərbaycan cəmiyyətində sabitliyin, birliyin olması, öz maraqlarımızın müdafiə edilməsi, əlbəttə ki, fəaliyyətlərimizin əsasıdır. Bu əsası da ölkəmizin rəhbəri öz siyasəti, iradəsi, gücü ilə qoymuşdur".

"Azərbaycan Prezidenti COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsini mühüm bir hadisə adlandırmış və qeyd etmişdir ki, 200 ölkəni bir araya gətirən iqlim konfransının yüksək səviyyədə keçirilməsi Azərbaycanın iqtisadi qüdrətindən, xalqın vətənpərvərliyindən, həm də ölkədə təşkilatçılıq işlərinin yüksək səviyyədə təşkilindən irəli gəlir. Bu gün Azərbaycan dünyanın bir çox ölkələri ilə ticarət əlaqələri qurur və bu əlaqələrin genişləndirilməsi diqqət mərkəzindədir. Biz uzun illərdir ki, Ümumdünya Ticarət Təşkilatına daxil olmaq fikrindəyik. Ancaq bu təşkilatın üzvü deyilik. Danışıqların aktiv mərhələsindəyik. Digər təşkilat olan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşıq. Bu iki böyük təşkilatla əlaqələrin qurulmasını ölkəmizin rəhbəri müsbət hal kimi dəyərləndirir. Bildirib ki, bu təşkilatlara üzv olmasaq da, bu təşkilatların üzvləri ilə sıx əməkdaşlıq edirik.

Cənab Prezident bu çıxışı ilə dünyaya yeni mesajlar vermişdir. Bu mesajlar ilk növbədə Azərbaycanın milli maraqlarının qorunması və Azərbaycana mane olan qüvvələrin öz əməllərindən əl çəkməsidir. Ölkəmizin rəhbəri dəfələrlə bildirib ki, bizim heç bir ölkənin torpaqlarında gözümüz yoxdur. Biz sağlam qonşuluq münasibətləri zəminində yaşamaq, işləmək, fəaliyyət göstərmək əzmindəyik. Bu istiqamətdə də öz işlərimizi həyata keçiririk. Bu televiziya müsahibəsində də ölkəmizin rəhbəri dünyada baş verən hadisələrə öz obyektiv münasibətini ortaya qoydu. Əlbəttə ki, bu mövqe dünyada sülhün, əmin-amanlığın təmin olunması, münaqişələrin aradan qaldırılması, insanlığa, beynəlxalq normalara hörmət edilməsidir. Verilən müsahibə və səsləndirilən fikirlər bilavasitə Azərbaycan xalqının mövqeyidir. Bir suveren dövlət kimi biz öz hüquqlarımızı qorumalı və hüquqlarımıza qarşı çıxan hər kəsə qarşı amansız mövqedə olmalıyıq. Çünki Azərbaycan 30 il öz hüquqlarından məhrum olmuş bir milyon xalqın Vətənidir. İnsanlarımızın öz hüquqlarını qoruması, onların haqqıdır. Ölkə Prezidenti də bu mövqedən çıxış edir" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Fevral 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri