Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

“Prezident müsahibədə vacib nüanslara toxunub“ MÜNASİBƏT BİLDİRİLDİ

“Prezident müsahibədə vacib nüanslara toxunub“ MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

“Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində çox maraqlı fikirlər səsləndirib, vacib nüanslara toxunub.
Sülh sazişi niyə imzalanmır? Prezidentin müsahibəsində diqqət çəkən əsas məsələlərdən biri Ermənistan konstitusiyasında hələ də Azərbaycanın ərazi bütövlüyünə qarşı şübhə doğuran müddəanın mövcud olmasıdır. Bu, hazırki məqamda iki ölkə arasında sülh sazişinin imzalanmamasının əsas səbəbidir. Əliyev bildirib ki, bu müddəa aradan qaldırılmadan rəsmi sülh sənədinin imzalanması mümkün deyil, çünki bu, Ermənistan tərəfindən hələ də ərazi iddialarının konstitusion səviyyədə qorunması deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.


Politoloq sözlərinə belə davam edib: “Buna baxmayaraq, Prezident vurğulayıb ki, ABŞ lideri Donald Trampın dəstəyi ilə Vaşinqtonda paraflanmış sənəd müharibənin bitdiyini göstərir və tərəflər arasında real, davamlı sabitliyin təməlinin qoyulduğunu ifadə edir.
Əliyevin sülhə yanaşması ilkin baxışda ehtiyatlı görünsə də, reallıqla üst-üstə düşür. Çünki sülh yalnız imzalanan sənədlə deyil, tərəflərin daxili hüquqi və siyasi mövqelərində dəyişikliklərlə mümkün olur. Ermənistan konstitusiyasında dəyişiklik edilmədən sülh sənədinin imzalanması həm formal görünə bilər, həm də gələcəkdə yenidən problemlərin alovlanma riskini daşıyar.
Ermənistan bu müddəanı aradan qaldırsa, bu, Cənubi Qafqazda uzunmüddətli sabitliyin təminatı üçün real zəmin yaradacaq. Prezident qeyd edir ki, belə dəyişikliklər regionda yeni əməkdaşlıq imkanlarının açılmasına, xüsusilə nəqliyyat, enerji və təhlükəsizlik sahələrində tərəfdaşlığın inkişafına səbəb olacaq.

Tramp dəhlizi
Prezident müsahibədə Zəngəzur dəhlizi ilə bağlı fikirlərini də bölüşüb. Xüsusilə, Donald Trampın bu dəhlizə öz adını verməsi məsələsi diqqət çəkir. Əliyev bildirib ki, Tramp dəhlizə öz adını verdikdən sonra layihənin çox yaxın zamanda reallaşacağına əmindir.

Bu, yalnız rəmzi jest deyil, həm də ABŞ-ın bu layihədə maraqlı və potensial iştirakçı ola biləcəyinə işarədir. Daha dəqiq desək, amerikalı investorların dəhlizin inşasında iştirak etməsi mümkündür ki, bu da layihənin beynəlxalq statusunu və iqtisadi cəlbediciliyini artıracaq.

Prezident açıq şəkildə qeyd edib ki, Azərbaycan layihəni öz imkanları ilə qısa müddətdə təxminən bir il ərzində reallaşdıra bilər. Lakin əsas məqsəd yalnız yolun tikilməsi deyil, həm də onun istismarında beynəlxalq təhlükəsizlik zəmanətlərinin təmin olunmasıdır. Bu, sırf logistika məsələsi deyil, həm də psixoloji və siyasi güvənliklə bağlıdır. Ermənistanla uzunmüddətli qarşıdurma şəraitində Azərbaycan vətəndaşlarının, xüsusən də Naxçıvandan əsas hissəyə səyahət edənlərin özlərini təhlükəsiz hiss etməsi prioritetdir.

Dövlət başçısı həmçinin Ermənistanın layihədə hələlik passiv mövqedə olduğunu vurğulayıb. Əsas işlər artıq Azərbaycanın öz ərazisində həyata keçirilib, indi isə sıra Ermənistandadır.

Rusiyaya münasibət
Prezident İlham Əliyev Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulmasına da toxunub. O, bu hadisəni açıq şəkildə tənqid edib. Dövlət başçısının sözlərinə görə, bu, sadəcə texniki nasazlıq və ya təsadüfi insident deyil, mövcud təhlükəsizlik protokollarının kobud şəkildə pozulmasının nəticəsidir. Ən əsası, bu hadisə Rusiya tərəfinin məsuliyyətsiz davranışını və mülki hava nəqliyyatına laqeyd münasibətini göstərir.

Prezident xatırladıb ki, Rusiya hava limanları dron hücumlarına məruz qaldıqda “xalça” (rusca “kavyor”) rejimi tətbiq olunur və bütün təyyarələrə xəbərdarlıq göndərilir. Belə hallarda təyyarələr ya geri dönür, ya da təhlükəsiz zonalara yönləndirilir. Lakin bu dəfə həmin protokol tətbiq edilməyib. Hətta oxşar marşrutda uçan digər Azərbaycan təyyarəsinə xəbərdarlıq edilərkən, bu dəfə siqnal yalnız təyyarə vurulduqdan sonra verilib. Əliyev bunu manipulyasiya cəhdi kimi qiymətləndirir — sanki məsuliyyətdən yayınmaq üçün sonradan araşdırmalar çaşdırılmağa çalışılır.

Bu məsələdə prezidentin mövqeyi prinsipialdır: Azərbaycan belə davranışı qəbul etmir və gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün məsuliyyət və şəffaflıq tələb edir.

Müsahibədə Əliyev Rusiya ilə bağlı başqa mövzulara da toxunub. O, Azərbaycanın beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə prinsipial yanaşmasını yenidən vurğulayıb. Uzun illər ərazi bütövlüyü pozulmuş ölkə olaraq, Azərbaycan bu məsələyə həssas yanaşır və Rusiyanın Ukraynaya müdaxiləsinin ilk günlərindən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bu mövqe dəyişməz olaraq qalır.

“Əl-Ərəbiyyə” jurnalistinin “Azərbaycanın etməyə çalışdığının qarşısını almaq üçün Rusiyanın hər hansı bir hərəkətə əl atacağından qorxmursunuz? Mən coğrafiyanı, dəhliz və sair məsələləri nəzərdə tuturam” sualına cavabında Prezident bildirib ki, Azərbaycan torpaqlarında rus əsgəri yoxdur. Rusiyanın regiondakı hərbi mövcudluğu əsasən Ermənistana aiddir, orada hərbi baza və bir neçə minlik heyət fəaliyyət göstərir. Ermənistanın İran və Türkiyə sərhədləri isə Rusiya sərhədçiləri tərəfindən qorunur.

Prezident mənfi ssenarilərə fokuslanmaq istəməsə də, incə mesajla hər cür təhdid və provokasiyanın qarşı tərəfdən gələ biləcəyini istisna etməyib. Bu məqamda məsuliyyət daha çox Ermənistandadır.

Tarixi perspektiv
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və faciəli taleyi barədə də danışıb. 1917-ci ildə Rusiya imperiyasının süqutundan sonra, 1918-ci ilin mayında müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını vurğulayıb. Lakin bu müstəqillik uzun sürməyib, 1920-ci ilin aprelində sovet Rusiyasının ordusu Azərbaycana daxil olaraq dövlətimizi işğal edib.

Sovet hakimiyyətinin növbəti zərbəsi kimi, 1920-ci ilin noyabrında Zəngəzurun qərb hissəsi, yəni “Qərbi Zəngəzur”, Azərbaycanın ərazisindən Ermənistana verilib. Nəticədə Azərbaycan iki hissəyə bölünüb əsas hissə və Naxçıvan Muxtar Respublikası, aralarında isə Zəngəzur yerləşir.

Bu tarixi faktların xatırladılması təsadüfi deyil. Dövlət başçısının çıxışı Azərbaycan tarixinin mühüm mərhələlərini xatırladır və indiki regional vəziyyətin düzgün anlaşılmasına yardım edir. Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda sülhün təmin olunması üçün bu tarixi dərslərin nəzərə alınması vacibdir. Bu, həm Ermənistan üçün, həm də dünya ictimaiyyəti üçün Cənubi Qafqazda münaqişələrin necə və kim tərəfindən yaradıldığını aydınlaşdıran mesajdır.

İranın narahatlığı
Müsahibədə Prezident Zəngəzur dəhlizinin regional nəqliyyat sistemində oynayacağı mühüm rolu da qeyd edib. O bildirib ki, hazırda planlaşdırılan Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropadan başlayaraq Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Fars körfəzinə qədər uzanır. Bu dəhliz əsasən Azərbaycan ərazisindən və qismən Xəzər dənizinin sahilindən keçir, hazırda Azərbaycanla Rusiya sərhədi arasında dəmir yolu və magistral yollar tam hazırdır. Çatışmayan hissə isə İran ərazisindədir və onların təxminən 150 kilometrdən çox yol tikməsi bir neçə il vaxt tələb edir.

Prezident əlavə edib ki, Zəngəzur dəhlizi bu əlaqələri tamamlayaraq Şimal-Cənub istiqamətində əlavə marşrut yaradacaq. Bu yol vasitəsilə Şimali Avropadan Rusiyaya, Azərbaycana, oradan Zəngəzurdan Naxçıvana, sonra isə İran vasitəsilə Fars körfəzinə çıxmaq mümkün olacaq. Beləliklə, Zəngəzur dəhlizi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizi kimi fəaliyyət göstərəcək.

Bu yeni marşrut regionda nəqliyyat əlaqələrini genişləndirəcək və bütün tərəflər üçün faydalı olacaq. Prezident bildirib ki, Azərbaycan regional əməkdaşlığı gücləndirmək üçün bütün səylərini göstərəcək və İran hökumətinin də bu məntiqli yanaşmanı başa düşdüyünü düşünür.

Beləcə, Əliyev bir daha qeyd etmiş oldu ki, layihə İranın narahatlığını artırmır, əksinə, Tehran üçün də müəyyən dividendlər yaradacaq”.

Ayşən Vəli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Avqust 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri