Icma.az
close
up
RU
Prezident Ərdoğan: 2002 ci ildən bəri Türkiyəyə 13 mindən çox sənət əsəri qaytarılıb

Prezident Ərdoğan: 2002 ci ildən bəri Türkiyəyə 13 mindən çox sənət əsəri qaytarılıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 6 avqust, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin tarixi irsinin qorunması məsələsində qətiyyətli olduğunu bəyan edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə dövlətinin lideri avqustun 6-da Ankarada keçirilən “Arxeologiyanın qızıl dövrü” adlı beynəlxalq arxeoloji simpozium və sərginin açılışında çıxış edib.

Onun sözlərinə görə, 2002-ci ildən bu günə qədər Türkiyə hakimiyyəti ölkədən qeyri-qanuni yolla çıxarılan ümumilikdə 13 min 291 sənət əsərinin geri qaytarılmasına nail olub.

Dövlət başçısı Anadolunun mədəni irsinin zənginliyinə diqqət çəkərək, cənub-şərq Şanlıurfa vilayətinin ərazisində Misir piramidaları və Britaniya Stounhencindən xeyli qədim, 12 min ildən çox yaşı olan ən qədim meqalit Göbeklitəpənin ziyarətçilər üçün açıldığını xatırladıb.

“Tariximizin və mədəniyyətimizin əsl əhəmiyyətini dərk etməsək, gələcək üçün dəqiq bir kurs müəyyən edə bilməyəcəyik. Türklər min ildir Anadoluda yaşayırlar və bundan sonra da belə olacaq”, - deyə Prezident həmvətənlərini Vətənin irsini qorumağa çağırıb.

Ərdoğan təkcə 2024-cü ildə ölkənin müxtəlif bölgələrində aparılan arxeoloji qazıntılarda 2 mindən çox mütəxəssisin iştirak etdiyinə diqqət çəkib. “Əvvəllər qazıntılar ildə 40-50 gün aparılırdısa, bu gün söhbət ilboyu aparılan arxeoloji tədqiqatlardan gedir”, - deyə siyasətçi Anadoluda ilk arxeoloji qazıntıların hələ 163 il əvvəl qədim Efes şəhəri ərazisində aparıldığını bildirib.

Türkiyə Prezidenti və xanımı “Arxeologiyanın qızıl dövrü” sərgisi ilə tanış olublar.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri