İstanbulda ABŞ dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ankara, 2 noyabr, AZƏRTAC
İstanbul Arxeologiya Muzeyində ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsərinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy artefaktları təhvil vermək qərarına görə Amerika hakimiyyətinə təşəkkür edib.
Nazir xatırladıb ki, Anadoludan qaçaqmalçılıq yolu ilə aparılan antik əşyalar 2026-cı ilin may ayında ABŞ hərrac evi tərəfindən satışa çıxarılıb. Buna cavab olaraq, Türkiyə hakimiyyəti Manhetten rayon prokurorluğuna və ABŞ Vətən Təhlükəsizliyi Təhqiqatlarına (HSI) qarşı iddia qaldırıb. Sənət əsərlərinin satışı dayandırılıb və onlar Türkiyəyə qaytarılıb.
Artefaktlardan 40 ədədi Tokat vilayətinin Erbaa rayonunda aparılan qanunsuz qazıntılar zamanı aşkar edilib. “Eramızdan əvvəl 2300-2000-ci illərə aid əsərlər təxminən 70 il əvvəl ölkəmizdən Qərbə qanunsuz olaraq aparılıb”, - deyə M.N. Ersoy bildirib.
Nazir Ankaranın mədəni irsin qaçaqmalçılığına qarşı mübarizəni davam etdirəcəyinə əminlik ifadə edib.
Eyni zamanda, Türkiyə metropolunda Burdur vilayətindəki qədim Bubo şəhərinin yerində aparılan qazıntılar zamanı aşkar edilmiş bürünc heykəllər və digər artefaktları nümayiş etdirən sərgi açılıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 02 Noyabr 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















