Icma.az
close
up
RU
Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını layiqincə təmin edir ŞƏRH AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını layiqincə təmin edir ŞƏRH AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 24 dekabr, AZƏRTAC

Çağdaş beynəlxalq münasibətlər sisteminin reallıqları göstərir ki, dövlətin uğurları, inkişafı və qlobal səviyyədə ehtiramla qarşılanması ona rəhbərlik edən şəxsin siyasi keyfiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanın 1993-cü ildən sonrakı tarixi güclü siyasi liderlərin dövlətin taleyindəki rolu barədə ətraflı fikir yürütməyə imkan verir. Məhz Heydər Əliyev 1993-cü ildə xalqımızın istək və arzusu ilə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan bütün problemlərdən xilas oldu, müstəqilliyimizin itirilməsinin qarşısı alındı. Ulu Öndər görkəmli siyasi xadimi kimi dövlətimizin etibarlı təməllərini yaratdı, inkişaf yollarını müəyyən etdi. Dövlətimiz qarşısındakı xidmətlərinə görə Heydər Əliyev xalqımızın Ümummilli Liderinə çevrildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin müdrikliyi, şəxsiyyətinin böyüklüyü və siyasi uzaqgörənliyi həm də onda idi ki, siyasi kursunun varisliyini, güclü dövlətçilik təliminin ardıcıllığını da layiqincə təmin etdi: “2003-cü ilin prezident seçkilərindən bir qədər əvvəl Ulu Öndər xalqımıza müraciətində həmvətənlərini İlham Əliyevi dəstəkləməyə çağıraraq demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü ilin prezident seçkilərində xalqımızın yüksək etimadını qazanaraq öz missiyasına başlayan Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə həyata keçirməyə başladı. Təsadüfi deyil ki, İlham Əliyevin seçkilər öncəsi xalqa verdiyi vədlər vaxtından da tez yerinə yetirildi, sosial-iqtisadi inkişafla bağlı o dövrdə qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirildi. Təbii ki, hər bir seçkidəki qələbənin kökündə mühüm siyasi və iqtisadi amillər dayanırdı. Bu baxımdan ötən 21 ilin reallıqları göstərir ki, İlham Əliyevin hər bir prezidentlik dövrü Azərbaycanın müasir müstəqillik tarixinə möhtəşəm uğurların yazılması ilə əlamətdar olub. Bu illər ərzində Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox böyüyüb, vətəndaşların sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlib”.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin enerji siyasətini layiqincə davam etdirərək, onun qarşısında dayanan hədəflərə çatmasını təmin edib. Vaxtilə Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində həyata vəsiqə alıb. Prezident İlham Əliyev həm də “Cənub Qaz Dəhlizi”nin yaradılmasına nail olmaqla Heydər Əliyevin enerji siyasətini yeni mərhələyə yüksəldib, regionun enerji xəritəsinə ciddi dəyişikliklər edib. Təsadüfi deyil ki, bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyi müzakirələrində aparıcı mövqeyə malik dövlət kimi tanınır. Bununla yanaşı, Azərbaycan həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi əsas coğrafi məkandır. Bu gün respublikamızın beynəlxalq nəqliyyat dəhlizlərindəki iştirak səviyyəsi bir daha Prezident İlham Əliyevin müdrik siyasətindən, respublikamızın milli maraqlarını layiqincə təmin etməsindən xəbər verir.

S.Salmanova bildirib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsi olaraq Azərbaycan regionun aparıcı dövləti kimi tanınır. Respublikamız həm də beynəlxalq münasibətlər sisteminin söz sahibi olan üzvüdür. Bunu Azərbaycanın beynəlxalq problemlərin həllində yaxından iştirakı, mədəniyyətlər və sivilizasiyalararası dialoqa layiqli töhfələr verməsi də təsdiq edir. Dünyada tolerantlıq ünvanı kimi tanınan ölkəmiz Prezident İlham Əliyevin xidmətləri sayəsində həm də mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrilib. Bütövlükdə Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm inkişaf, yüksəliş və uğurlar dövrüdür. Bu inkişaf və qazanılan uğurlar, ilk növbədə, dövlətin və xalqın milli maraq və mənafelərinin təmin olunmasına xidmət edib.

Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən fəaliyyət nümunəsi də gətirib. Dövlətimizin başçısı öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim edib. Bütün bunlar da təbii ki, Prezident İlham Əliyevin yüksək siyasi keyfiyyətlərindən irəli gəlir. Prezident İlham Əliyevin respublikamıza müdrik rəhbərliyinin ən böyük hadisəsi torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Dövlətimizin başçısı artıq həllini tapmış Qarabağ problemi ilə bağlı aparılmış danışıqlarda hər zaman prinsipial mövqe tutdu, bütün təzyiqlərə sinə gərdi, heç bir güzəşt təşəbbüsünü yaxına buraxmadı. Buna görə xalqımız inanırdı ki, Ali Baş Komandan İlham Əliyev mütləq torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcək. Xalqımızın bu inamı Vətən müharibəsində reallığa çevrildi. Həm 44 günlük Vətən müharibəsinin, həm də bir günlük antiterror əməliyyatlarının qələbə ilə başa çatması Prezident İlham Əliyevin qətiyyətli siyasi kursunun nəticəsidir. Bütün bunlar göstərir ki, məhz güclü siyasi liderlər öz xalqlarının və dövlətlərinin qarşısında dayanan istənilən taleyüklü məsələnin həllinə nail ola bilirlər.

Milli Məclisin deputatı vurğulayıb ki, ötən ay Bakıda keçirilən COP29, dekabr ayından Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi diplomatiyanın növbəti mühüm uğurları oldu. Bütün bunlar ondan xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıdakı dövrdə də tarixini möhtəşəm nailiyyətlərlə zənginləşdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see261

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see154

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see153

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see137

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see137

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri