Icma.az
close
up
RU
İlham Əliyev Azərbaycanın maraqlarını qoruyur

İlham Əliyev Azərbaycanın maraqlarını qoruyur

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


İlham Əliyev Azərbaycanın Prezidenti və Milli Maraqlarımızın Müdafiəçisidir.
Şanxay Əməkdaşlıq Təşkilatı tədbirinin nəticələri ilə bağlı müxtəlif yanaşmalar, müxtəlif baxışlara şahid olmamız normal haldır. Baş verən hadisələrə münasibətdə fərqlilik isə düşüncələrin və qavramaların fərqli olduğunun göstəricisidir.
Bizə maraqlı olan, Azərbaycanla bağlı fərqli yanaşmaların mahiyyətidir və həmin fərqliliyin haradan, nədən qaynaqlandığını, obyektivlik prinsiplərinə riayət etmə bacarıqlarının pozulduğunu araşdırmaqdır. Və təbii ki, bu nəticələrə uyğun olaraq diplomatik strategiyamızı tənzimləməkdir. Xaricdən, regiondan və ölkə kənarından, hətta uzaq regionlardan maraqlı qüvvələri nəzərə alsaq, görürük ki, tənqidləri obyektivlikdən uzaqdır, əksinə, qərəzli ilkin prinsiplərə sadiq qalırlar. Tənqidin isə heç bir əsaslı səbəbi yoxdur. Bizə qarşı kənar maraqlı qüvvələr ciddi tənqidi mövqe ilə rastlaşmamışıq. Lakin obyektivlik yox, əksinə qərəzlilik prinsiplərinə sadiqliyini nümayiş etdirən ölkələr tərəfindən haqsızlığa məruz qalmışıq.
Hindistan bizim üzvlük məsələmizdə bloklama siyasəti yürüdüb. Hindistanla münasibətlərimizin kəskinləşməsi isə Ermənistanın qeyri-sivil, qeyri -etik beynəlxalq hüquq prinsiplərinə zidd olan dəstəyi ilə bağlı olub. Onlar öz aləmlərində guya bu tədbirdə bizim nüfuzumuza xələl gətirə biləcəklərini düşündülər. Amma tam əksi oldu. Azərbaycan Prezidentinə göstərilən münasibət, Azərbaycanın bu tədbirdən qazandığı maraqlı siyasi dividentləri və iqtisadi gözləntiləri göz qabağındadır.
Hindistan isə “infantil siyasəti“ ilə yalnız üzvlük məsələmizdə öz simasını ortaya qoydu. Təbii ki, bu siyasəti Rusiyada da dəstək verdi. Bu, birbaşa olmasa da, dolayısı ilə dərk edənlər üçün aydın oldu. Lakin bu “uşaq siyasəti”nə dünyanın münasibət heç də birmənalı deyil və həmin ölkələrə başucalığı gətirmir. Əksinə, onlar bu siyasətləri ilə gələcək talelərinə aid yazılan siyasi sətirlərin həyata keçməsini sürətləndirirlər.
Bu cür qısa müddətli düşüncə ilə uzağa getmək qətiyyən mümkün deyil. Lakin yetkin, məsuliyyətli uzaqgörənlik, böyük düşüncə, strateji qərarlar qəbul etmək bacarığı və diplomatik gedişlər göstərdi ki, həm regionda, həm də beynəlxalq platformalarda daha çox səs sahibi qazanırıq. Azərbaycanın sülh çağırışları və təşəbbüsləri həm investisiya mühitinə, həm sabitliyə, həm də diplomatik yüksəlişə səbəb olub.
Təkcə bu tədbir deyil, bütün beynəlxalq tədbirlərdə Azərbaycanın geosiyasi çəkisinin artırılması, iqtisadi imkanlarının genişləndirilməsi və tranzit yolunun möhkəmlənməsi nüfuzumuzun daha böyük beyin mərkəzlərinin girişi sayılan qapılara rahat keçidə gətirib çıxarır.
llərdir Qarabağı qaytarmaq üçün çəkdiyimiz əziyyətlər və uğurla başa çatdırdığımız siyasi planlamadan sonra bizə qarşı olan təhdidlərin və o təhdilərdən yaranan risklərin aradan qaldırılması üçün hansı qlobal güclərin siyasi düşüncələrində özümüzə qarşı müsbət dəyişikliklərə nail olduğumuzu dərk etmək lazımdır. Təbii ki, dərk edənlər bunu anlayır, dərk etməyənlər isə o infantil siyasət həyata keçirənlərin siyasi “uşaqları”dır.
Nepalda baş verən dəyişikliklər bu “uşaqları” ruhlandırır. Bu uşaqları ruhlandırıb, öz xislətlərinə uyğun olaraq bloqer kimi paylaşımlar edirlər.
Siz nə qədər yumşaq desək, başı dayaz siyasətşünaslarsınız. İlham Əliyev Azərbaycanın maraqlarını qoruyur, ay siyasəti anlamayanlar! İlham Əliyev öz ölkəsinin təhlükəsizliyini təmin etmək üçün strategiyasını qurur, ay dayaz baxışlılar! İlham Əliyev öz dövlətinin milli maraqlarını, siyasi qürurunu və gələcək inkişafını təmin etmək üçün diplomatik gedişləri məhz özü həyata keçirir.
Filan ölkədə filan ifadə işlətmişdi, filan ölkə filan məsələni qaldırdı, ay siyasi avamlar! İlham Əliyev o ölkələrin prezidenti deyil, yalnız Azərbaycanın prezidentidir və yalnız Azərbaycanı düşünür. Ölkədəki problemləri, sosial çətinlikləri və digər fərdi yanaşmaların nəticəsi olaraq yaranan problemləri dövlətin siyasəti kimi qələmə verib nadanlıq etmək yalnız sizə yaraşır. Yaraşığınız mübarək, ay infantil siyasətşünaslar!
Azərbaycanın taleyi, gələcəyi, milli təhlükəsizliyi və milli maraqlarımızın müdafiəsi etibarlı əllərdədir və biz bu etibara yüksək səviyyədə inam bəsləyirik
Ramil Hüseynov, YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Sentyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri