Icma.az
close
up
RU
Prezident İlham Əliyev cəmiyyəti və xalqı öz ardınca aparan liderdir

Prezident İlham Əliyev cəmiyyəti və xalqı öz ardınca aparan liderdir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

24 dekabr-Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Bu münasibətlə cənab Prezidenti ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı, ölkəmizin inkişafı naminə gördüyü işlərdə uğurlar arzulayırıq! 

Yeri gəlmişkən, qeyd edək ki, müasir dünyada, o cümlədən yerləşdiyimiz regionda olduqca mürəkkəb, ziddiyətli proseslər gedir. Əksər hallarda beynəlxalq hüquq işləmir və dünya nizamı dəyişir. Tarixən dost, qonşu xalqlar qarşı-qarşıya qoyulur və barışmaz düşmənə çevrilirlər. Daxildə ictimai-siyasi sabitlik, sosial ədalət prinsipləri pozulur və cəmiyyət idarəolunmaz xarakter alır. Nəticədə böyük tarixi keçmişi, dövlətçilik ənənələri olan dövlətlər belə süqut edir. Milyonlarla insan öz yurdlarını tərk etmək məcburiyyətində qalır. Eyni zamanda, böyük dövlətlər təbii resurslar uğrunda amansız rəqabət aparır və nəticə əldə olunması üçün üçüncü qüvvələrdən, hətta terror təşkilatlarından belə istifadə etməkdən çəkinmirlər. Ələlxüsus, müstəqil siyasət aparan, milli maraqlarından çıxış edən dövlətlərin, daim təzyiq altında saxlanılması heç kim üçün sirr deyil. Sadaladıqlarım zəmanəmizin reallıqlarıdır. Bütün bunların baş verməməsi üçün olduqca düşünülmüş, ölçülü-biçili idarəetmə sistemi qurulmalı, xarici və daxili siyasət bir-birini tamamlamalı, uzlaşdırılmalıdır. Milli birlik təmin olunmalı, ölkənin qarşısında duran problemlər həllini tapmalıdır. 

Məlum olduğu kimi, yerləşdiyimiz coğrafiya, bütün zamanlarda imperiyaların, böyük dövlətlərin maraq dairəsində olmuşdur. Azərbaycanın müstəqilliyini, güclənməsini, iqtisadi inkişafını həzm edə bilməyən qüvvələr öz çirkin niyyətlərini gizlətmir, milli birliyimizin pozulması üçün ən müxtəlif vasitələrdən çəkinmirlər.   Dünyada baş verən prosesləri, süni şəkildə yaradılmış böhranları təhlil etdikdə bir daha əmin olursan ki, Azərbaycan xalqı xoşbəxt xalqdır. Tarixin ən çətin sınaqlarından üzüağ çıxmış Lideri, son dərəcə mürəkkəb geosiyasi şərtlər daxilində öz torpaqlarını işğaldan azad etmiş Müzəffər Ali Baş Komandanı var. Gənclik dövründə ağsaqqallıq zirvəsinə qalxmış cənab İlham Əliyev prezidentliyində ölkə tamamilə yenidən qurulmuş, bir çox transmilli layihələr icra olunmuşdur. Adını həm Qurucu, həm də Müzəffər Ali Baş Komandan olaraq, Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmışdır.   Bir həqiqəti nəzərə almaq lazımdır. Ölkənin hərtərəfli inkişafından tutmuş, 200 ildən bəri itirdiklərimizi cəmi 44 günlük müharibədə azad etmək kimi möhtəşəm qələbələr ancaq və ancaq, Uca Yaradan tərəfindən seçilmiş liderlərə nəsib olur. Prezident İlham Əliyev həmin seçilmişlərdəndir.    Prezident İlham Əliyev Azərbaycanın beynəkxalq nüfuzunu birə min artırdı. Türk dünyasında, qardaş, dost ölkələrdə özünə inam hissi formalaşdırdı. Ən əsası isə, xalqımızın, dünyanınbir çox ölkələrində yaşayan milyonlarla soydaşımızın sınmış qürurunu bərpa etdi.   Bütün bunlara görə 50 milyonluq Azərbaycan xalqı İlham Əliyevi haqqlı olaraq, öz Lideri olaraq qəbul edir. Onunla fəxr edirlər! 

Süleyman Məmmədov,

YAP Göygöl rayon təşkilatı üzrə Quşçu kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Dekabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri