Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Zülalla ən zəngin çərəz

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

Yuxusuz gecədən sonra bunu edin

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

Prezident İlham Əliyev xalqın etimadını qazanan liderdir

Prezident İlham Əliyev xalqın etimadını qazanan liderdir

Icma.az, Missiya.az saytına istinadən bildirir.

İctimai inkişafın bütün mərhələlərində savadlı, bilikli olmaq, bu intellekdən milli mənafe naminə istifadə etmək də şəxsin çox gərəkən cəhətlərindən sayılır. Elm, bilik o vaxt səmərəli sayılır ki, o təcrübədə tətbiq edilir, onun nuru yüzlərin, minlərin, milyonların yaşam tərzinə işıq sala bilir.

Bu gün ölkəmizin başçısı möhtərəm İlham Əliyev cənabları sadaladığım onlarla bu cür müsbət keyfiyyətlərin daşıyıcısıdır. Böyük və mükəmməl  demokratik düşüncə sahibidir. Elə buna görə də Azərbaycan  xalq-dövlət tandemi sarsılmaz bir təməl üzərində bərqərar olaraq dünya dövlətləri içərisində nümunə sayılır. Uyğun beynəlxalq təşkilatların ümumi rəyi belədir ki, hazırda Azərbaycan iqtidar-xalq birliyinin möhkəm olduğu 20 dövlət sırasında qərarlaşıb. 

Cənab prezidentimiz yüksək intellektual səviyyəli ictimai dövlət xadimi və şəxsiyyətdir. İlham Əliyev cənabları milli kökə, milli dəyərlərə əhalinin əsrlərin arxasından süzülüb gələn dini hisslərinə böyük hörmət və ehtiramla yanaşır. Bu kimi yüksək insanı keyfiyyətlərinə görə ölkə əhalisinin bütün təbəqələri onu qəbul edib, onun iş üslubunu bəyənir, onu özlərinə arxa, dayaq sayırlar. Hər kəsin yaxşı yaşaması, sabaha işıqlı ümidlərlə baxması istəyi onun amalıdır. Cənab Prezidentimiz bütün səmimiyyəti ilə qeyd edir ki, “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər”. 

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar  Prezident seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq seçkilər  ərazilərimizin hər bir yerində keçirildi. Bu zaman qalib sərkərdə seçicilərin 92.12% səsini qazanaraq yenidən  Azərbaycan Respublikasının  Prezidenti  seçildi. 

Prezident İlham Əliyev cənablarına dünya ölkələri tərəfindən verilmiş mühüm təltiflərin, ordenlərin, fəxri elmi adların, idman təşkilatlarının mükafatlarının sayı olduqca çoxdur və möhtərəm Prezident bunların hamısını haqq edib və dünyada tanınmış dövlət xadimi səviyyəsinə yüksəlib. 

Ulu öndərin bir vaxtlar söylədiyi  “ Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq ” kəlamı bu günümüzün reallığıdır. Bu gün Azərbaycan ən qüdrətli dövlət kimi dünyaya səs salır.

Prezident İlham Əliyevin “ Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara , beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rağmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycandakı ümumxalq birliyinin səbəbidir.

Mədəniyyətlərarası dialoq Prezident  İ.Əliyevin siyasətində prioritet sahələrdən biri olmuşdur. Onun bu siyasəti bütün beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi. Bakıda  dəfələrlə mədəniyyətlərarası dialoq forumu keçirildi. 2016-cı ili Azərbaycanda  “Multikulturalizm ili ”elan edildi. 

Ilham Əliyev Azərbaycan elmində islahatların aparılması ilə bağlı gördüyü işlər öz nəticəsini verməkdədir. “Elmin İnkişafı Fondunun, AMEA-nın Gəncə bölməsinin, yüksək Texnologiyalar Parkının yaradıması “Elm günü” təsis edilməsi  cənab Prezidentin Azərbaycanda elmin inkişafına verdiyi ən böyük töhfələrdəndir.

İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan 2020: “ Gələcəyə baxış ”inkişaf konsepsiyasında əhaliyə göstərilən səhiyyə xidmətlərinin yüksək keyfiyyətini qoruyub saxlamaq əsas prioritetlərdən biri kimi müəyyən olunmuşdur. İcbari Tibbi Sıgorta üzrə Dövlət Agentliyinin yaranması və tibbi sığortanın tətbiqi səhiyyənin inkişafında böyük rol oynadı.

Azərbaycan gəncliyi , gənclərin cəmiyyətin həyatında fəal iştirakı Prezidentin xüsusi diqqət yetirdiyi sahələrdəndir. Gənclərin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramları “ Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında ” Fərman möhtərəm  Prezidentin ölkə gənclərinə diqqət və inamının göstəricisidir. 

Prezident İlham Əliyevin sayəsində Azərbaycan qlobal əhəmiyyətli təşəbbüslərin müəllifidir. Həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın Beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. 

Azərbaycan “Sülh naminə tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bakının görüş və danışıqlar ünvanı olması Prezident  İlham Əliyevin artan beynəlxalq nüfuzuna işarədir.  “COP-29 İqlim  diplomatiyasında dönüş nöqtəsi oldu. 

Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan artıq  "Kosmosu fəth edir”. 2013-cü ildə süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib.

16.11.2022-ci il tarixli sərəncamı ilə Prezident Böyük Qayıdışa dair I dövlət Proqramını təsdiq etmişdir. Proqramın əhatə dairəsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarıdır. Böyük Qayıdış çərçivəsində keçmiş, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçir.

Müzəffər Ali  Baş komandan İlham Əliyevin böyük qələbəsi bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırıb.     

Təyyubə Hüseynova
Abşeron Rayon Saray 3 saylı tam orta məktəbin direktoru, “Əməkdar müəllim”


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://missiya.az
archiveBu xəbər 24 Dekabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see315

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see286

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see284

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see279

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see231

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see227

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see226

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see221

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see219

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see211

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see209

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see202

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see199

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see195

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see192

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see187

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see184

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see176

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see176

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri