Icma.az
close
up
RU
Prezident İlham Əliyev COP29 tribunasından dünyaya yeni modullar təqdim etdi ŞƏRH AZƏRTAC

Prezident İlham Əliyev COP29 tribunasından dünyaya yeni modullar təqdim etdi ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Bakıda keçirilən COP29 sessiyasına qlobal təsisatlar tərəfindən hədsiz dərəcədə diqqət yetirilməsi səbəbsiz deyil. Konfrans çərçivəsində aparılan müzakirələr əsasən iqlim dəyişikliklərinə həsr edilsə də, mahiyyətinə uyğun olaraq, istənilən halda şaxələnir və siyasi, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik kimi müxtəlif mövzuları da əhatə edir. Həmin komponentlər üzrə səsləndirilən fikirlərin əksəriyyəti yenidir, ilk dəfə eşidilir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Liderlər Sammitinin açılış mərasimində çıxışı xüsusilə əlamətdardır. Dövlətimizin başçısının nitqi yeni informasiyalar, tezislər, arqumentlər və mesajlarla zəngindir, bu baxımdan beynəlxalq mərkəzlərin diqqətini çəkir, geniş diskussiyalara yol açır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

M.Ələsgərli bildirib ki, Prezident İlham Əliyev çıxışında Cənubi Qafqaz, xüsusilə regionun lider dövləti olan Azərbaycanı Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu məkan kimi təqdim edir. Yeni dünya düzəninə, siyasi münasibətlər sisteminə uyğun olaraq, bu regionu Qlobal Cənub və Qlobal Şimal qütbləşməsi arasında ümumi anlaşmaya nail olmaq üçün əlverişli məkan kimi təqdim edir. İdeya irəli sürülür ki, Azərbaycan və onun yerləşdiyi region müxtəlif rakurslu beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri sala bilər. Bu, qlobal güc mərkəzlərinə təqdim olunmuş yeni moduldur və ən müxtəlif kontekstlərdə müzakirələrə yol açır. Beləliklə, həm COP29 sessiyası, həm də Azərbaycanın bu sessiya üzərindən təqdim etdiyi yeni ideyalar beynəlxalq ictimaiyyətin diqqətini çəkir, həssaslıqla izlənilir. Bu sırada Prezident İlham Əliyevin bərpaolunan enerji və Azərbaycanın bu sahədə potensialı, Xəzər və Qara dəniz üzərində qurulması layihələndirilən enerji dəhlizləri barədə verdiyi məlumatlar da xüsusi diqqət çəkərək beynəlxalq medianın xəbər gündəminə çevrilib.

“Prezident İlham Əliyevin bu təklif və ideyaları həm Azərbaycan, həm Cənubi Qafqaz, həm də ümumilikdə bəşəriyyət üçün faydalı olsa da, region üzərində fərqli planlar quran mərkəzləri, xaos, dağıntı, zorakılıq siyasəti yürüdən qüvvələri qıcıqlandırır. Onlar COP29-u, konfrans çərçivəsində səslənən ideyaları gözdən salmaq üçün təxribatlar hazırlayırlar. Dövlətimizin başçısının da vurğuladığı kimi, “Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri”, riyakar siyasətçiləri ölkəmiz haqqında dezinformasiyalar yayaraq, tərəqqipərvər layihələri pozmağa çalışırlar. Bu baxımdan biz hər gün qlobal media subyektlərinin səhifələrində həm COP29-u təqdir edən, həm də onun əleyhinə çıxan məqalələr görürük. Amma nəticələr göstərir ki, Azərbaycan öz işini peşəkar səviyyədə qurub, öz ideyalarını, həmçinin COP29-un mahiyyətini dünyaya lazımi səviyyədə çatdıra bilir, əks çıxan qüvvələrin də müqavimətini qırmağı bacarır. Təsadüfi deyil ki, bütün əks-təbliğata rəğmən, COP29-a 196 ölkədən gəlmiş 72 min iştirakçı var. Səksən ölkədən prezident, vitse-prezident və Baş nazirlərin qatıldığı bu konfransda bəşəriyyətin xilasına yönəlik müzakirələr aparılır, uğurlu nəticələr əldə edilir”, - deyə media eksperti vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see267

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see196

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see184

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see155

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see155

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see150

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see149

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see147

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see145

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see139

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see137

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see136

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri