Prezident İlham Əliyev Efiopiya Baş nazirinə təbrik ünvanlayıb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əliyə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Hörmətli cənab Baş nazir,
Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Efiopiya arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
Fevral ayında Azərbaycana səfəriniz çərçivəsində Sizinlə məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri yüksək qiymətləndirirəm. Səfər əsnasında Azərbaycan-Efiopiya əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz razılaşmalar ikitərəfli gündəliyimizin əhatə dairəsinin genişləndirilməsi üçün yeni imkanlar açmışdır.
Əminəm ki, dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Efiopiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 28 May 2026 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















