Icma.az
close
up
RU
Prezident İlham Əliyev ölkəmizin şərəf tarixini yazan və yaradan Müzəffər Liderdir

Prezident İlham Əliyev ölkəmizin şərəf tarixini yazan və yaradan Müzəffər Liderdir

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi, 24 dekabr - Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin doğum günüdür. Qeyd edək ki, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə tanış olmaq üçün sayısız yazılmış kitablar, deyilmiş sözlər, hazırlanmış hesabatlar, təltiflər, fəxri adlar var. Əminəm ki, bu iş bundan sonra da Azərbaycan tarixini öyrənən və bu tarixə dəyər verən insanlar tərəfindən böyük həvəslə, uğurla davam etdiriləcəkdir.

Yeri gəlmişkən, xüsusilə qeyd etmək lazımdır ki, Onun Ali Baş Komandan kimi formalaşdırdığı Müzəffər Azərbaycan Ordusunun igid, qəhrəman övladları 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunmasına dair əmri müvəffəqiyyətlə yerinə yetirdilər. Bu əmr möhtərəm Prezidentimizin adını tariximzə əbədi yazmaqla yanaşı, azərbaycançılıq məfkürəsinin həyatımızda və yaddaşlarda yaşadılması yolunda hər kəs üçün işıq olaraq, Azərbaycanı davamlı inkişafa aparacaq. Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək ona sonsuz etimad, inam, dəstək nümayiş etdirməkdədir və bu da təbiidir, çünki, cəmiyyətimiz Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi olaraq görür. 

Məlumdur ki, keçən müddət ərzində Ümummilli Liderin "Mən ona özüm qədər inanıram" sözlərini öz əməlləri ilə təsdiq edən cənab Prezident Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu. Son 22 ildə Azərbaycan dünyanın diqqətini cəlb edərək sabit və dayanıqlı iqtisadiyyatı olan bir dövlətə çevrilib. Aparılan uğurlu siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət xeyli yaxşılaşdırılıb, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması təmin edilib. Eyni zamanda, güclü və dayanıqlı iqtisadiyyat yaratmaq planı uğurla başa çatdırılıb, ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilərək, Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilməsini təmin edib. İcra olunan çoxvektorlu xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın müxtəlif beynəlxalq platformalarda, dünyamızı narahat edən çağırışların icrasında özünü nümunəvi ölkə kimi təsdiqlədiyini etiraf edirlər. 

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq mərkəzi kimi tanınan Azərbaycan ölkə başçısının xidmətləri sayəsində bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır. Təsadüfi deyil ki, cənab Prezidentin sülhsevər və xeyirxah siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi ilə bağlı kifayət qədər faktlar var. Beynəlxalq arenada dünyanın ən nüfuzlu liderlərindən biri olaraq tanınmağı həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir. Prezident İlham Əliyev Azərbaycan xalqının lideri kimi bəşəri və milli-mənəvi dəyərlərə sadiqliyini nəinki sözdə, əməli işdə də dünyaya nümayiş etdirdi. Humanizm prinsiplərinin bəşəriyyətin ən böyük dəyəri olduğunu, dünyada sülhün, əməkdaşlığın təmin olunmasının vacibliyini ən mötəbər tribunalardan beynəlxalq ictimaiyyətə dəfələrlə bəyan edib.

Onu da qeyd edək ki, Vətən və xalq qarşısında Cənab Prezidentin ən böyük xidmətlərindən biri də qüdrətli və müzəffər ordunun formalaşdırılmasıdır. Müasir ordu quruculuğu istiqamətində atılan vacib addımlar Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına daxil etdi. Məhz güclü ordu və ona komandanlıq edən, onu düzgün idarə edən, strategiyasını və taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirən bir Sərkərdənin varlığı, həmçinin xalqın öz liderinin ətrafında sıx yumruq kimi birləşməsi ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin etdi. Son 5 il Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında möhtəşəm qələbələr, tarixi anlar, təkrarolunmaz hadisələrlə yaddaşlarda qalır. Məhz 30 ildən artıq müddətdə həsrətində olduğumuz ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasına yönəlik fəaliyyətimiz 2020-ci ildə başayan İkinci Qarabağ-Vətən Müharibəsindən sonra, 2023-cü ilin 15 oktyabr günü hər birimizə canı qədər doğma olan Azərbaycan Bayrağının Xankəndidə ucalması, Azərbaycan Gerbinin ölkəmizin konstitusion hüdudlarında günəş kimi parlaması ilə bitdi. Ölkəmizin möhtəşəm Zəfəri ilə regionda yaranan yeni reallıq təkcə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının bərpasını deyil, həmçinin bütün regionda sülh və davamlı inkişafı təmin etmək imkanı qazandırdı.

Ən əsası, Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərimizə mütəmadi səfərləri, bərpa və quruculuğ işlərinin geniş vüsət alması harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan bərpa və quruculuq işləri uğurla başa çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizin malik olduğu iqtisadi potensial ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. 

Böyük Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyevi səmimi qəlbdən doğum günü münasibətilə təbrik edir, çiçəklənən ölkəmizin demokratik, müstəqil inkişafı naminə yorulmaz, əzmkar fəaliyyətində sonsuz uğurlar diləyirik!

Əliqaya Namazov,

YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının üzvü,  partiya veteranı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Dekabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri