Icma.az
close
up
RU
Prezident İlham Əliyev öz qüdrətini azadlıqdan məhrum edilənləri bağışlamaqla göstərdi

Prezident İlham Əliyev öz qüdrətini azadlıqdan məhrum edilənləri bağışlamaqla göstərdi

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 25 dekabr, AZƏRTAC

“Suverenlik və Konstitusiya İli”ni Amnistiya aktı ilə başa vuran Prezident İlham Əliyev humanizm, insanpərvərlik prinsiplərinə daim sadiq qaldığını bir daha nəinki Azərbaycana, eləcə də dünya ictimaiyyətinə nümayiş etdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib. O bildirib ki, hər bir insanın əfv olunmaq haqqı var. Onun təqsiri bağışlandıqda cəmiyyətə daha təkmil və mənəvi dəyərlərə üstünlük verən bir insan kimi qayıdır, bağışlanmasını dəyərləndirir.

“Yeni il ərəfəsində bu qərarın qəbul edilməsi minlərlə ailə üçün sevinc və ümid mənbəyinə çevriləcək. Sənədin icrası nəticəsində məhkum olunmuş şəxslərin bir qisminin cəzası yüngülləşdiriləcək, bir qismi isə azadlığa buraxılacaq. Bu isə cəmiyyət daxilində sosial həmrəyliyin və humanizm prinsiplərinin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, Prezidentin rəhbərliyi altında mütəmadi olaraq imzalanan əfv sərəncamları və amnistiya aktları ölkədə demokratikləşmə prosesinin davamlı xarakter daşıdığını göstərir. Bu addımlar insan hüquqlarının qorunması, vətəndaşların dövlətə olan etimadının artırılması və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi baxımından mütərəqqi təşəbbüslər kimi qiymətləndirilir”, - deyə müsahibimiz əlavə edib. Vurğulayıb ki, bu addımı ilə İlham Əliyev bütün mənalarda Qalib və Müzəffər Prezident olduğunu real həyatda göstərdi.

S.Qurbanov qeyd edib ki, son 22 ildə həyata keçirilən siyasi kursun əsas amillərindən biri də insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləridir. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib. Dövlət başçısı bu ənənələrinə sadiqliyini nümayiş etdirərək 15 dekabr 2025-ci ildə Amnistiya aktı elan edilməsi təşəbbüsünü irəli sürüb”.

Deputat bildirib ki, bağışlamaq və əfv etmək ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən amil kimi bütün cəmiyyətlərdə həmişə yüksək qiymətləndirilib: “Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində “bağışlamağın” ən qüdrətli adamlara xas olan xüsusiyyət olması haqqında yüzlərlə nümunələr var. Prezident İlham Əliyev də öz qüdrətini azadlıqdan məhrum edilənləri bağışlamaqla göstərdi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri